Tenqri
Ana Səhifə
Dünya

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin iyunun 17-də Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcək AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib “Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada səfərdədir və o, Prezidentlə görüş

0 baxışazertag.az
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
Paylaş:

Rusiya Prezidenti Vladimir Putin iyunun 17-də Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcək AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib “Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada səfərdədir və o, Prezidentlə görüşmək xahişi ilə müraciət edib. Bu xahiş yerinə yetirilib və Vladimir Putin sabah axşam Türkiyənin xarici işlər nazirini qəbul edəcək”, - deyə o bildirib Onun sözlərinə görə, Moskvada olan və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparan H.Fidan Kazana gələcək Y.Uşakov, həmçinin bildirib ki, Vladimir Putin iyunun 17-18-də Kazanda Rusiya Federasiyası ilə Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası arasında münasibətlərin 35 illiyinə həsr olunmuş Rusiya-ASEAN yubiley sammitində iştirak edəcək Sammitdə beynəlxalq və regional gündəliyin aktual məsələləri, eləcə də Rusiyanın ASEAN ölkələri ilə əməkdaşlığının inkişaf perspektivlərinin müzakirə edilməsi planlaşdırılır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler