Tenqri
Ana Səhifə
Dünya

Kreml Putinin Avropa İttifaqı ilə danışıqlara hazır olduğunu bildirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı ilə danışıqlara hazırdır, lakin Rusiya özü belə təmaslara başlamayacaq "Putin hamı ilə danışıqlara hazırdır. O, bu barədə bir neçə dəfə danışıb. Rusiya tərəfi Aİ

0 baxışhaqqin.az
Kreml Putinin Avropa İttifaqı ilə danışıqlara hazır olduğunu bildirib
Paylaş:

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı ilə danışıqlara hazırdır, lakin Rusiya özü belə təmaslara başlamayacaq "Putin hamı ilə danışıqlara hazırdır. O, bu barədə bir neçə dəfə danışıb. Rusiya tərəfi Aİ ilə münasibətlərimizin sıfıra endirilməsinin təşəbbüskarı olmayıb. Bunun təşəbbüskarı Brüssel və ayrı-ayrı Avropa paytaxtları olub", - Peskov bildirib "Avropalılar nə qədər hazırdırsa, biz də dialoqumuzda irəliləməyə hazır olacağıq. Amma eyni zamanda, Putinin dəfələrlə dediyi kimi, avropalıların tutduğu mövqedən sonra biz özümüz belə təmaslara başlamayacağıq", - o deyib Bir gün əvvəl “Financial Times” Aİ liderlərinin Rusiya prezidenti ilə mümkün danışıqlara hazırlaşdığını yazıb. Məlumata görə, Avropa Şurasının rəhbəri Antonio Kosta Aİ-nin Putinlə danışıqları üçün potensial gördüyünü bildirib və blokun bu məsələdə Ukrayna prezidenti Vladimir Zelenskinin dəstəyini aldığını qeyd edib

Kaynak: haqqin.az

Diğer Haberler