Putin Azərbaycana gələ bilər, Zelenski Ermənistana yox? - Paşinyandan Rusiyaya cavab
Ermənistanın baş naziri Nikol Paşinyan mayın əvvəlində İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinə səfərinə görə səslənən tənqidlərə münasibət bildirib Publika.az xəbər verir ki, Paşinyanın çıxışı “Armenpress” agentliyi tərəfindən yayımlan

Ermənistanın baş naziri Nikol Paşinyan mayın əvvəlində İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinə səfərinə görə səslənən tənqidlərə münasibət bildirib Publika.az xəbər verir ki, Paşinyanın çıxışı “Armenpress” agentliyi tərəfindən yayımlanıb O bildirib ki, Zelenskinin Ermənistana gəlməsində qeyri-adi heç nə yoxdur: “Hələ bir də deyirlər ki, Ukrayna prezidenti niyə Ermənistana gəlib? Bağışlayın, niyə gəlməməli idi ki?” - deyə Paşinyan vurğulayıb Paşinyan qeyd edib ki, Ermənistan-Azərbaycan müharibəsi davam etdiyi dövrdə Rusiya prezidenti Vladimir Putin də Bakıya səfərlər edib və bu, İrəvanda sual doğurmayıb Xatırladaq ki, Vladimir Zelenski mayın 3-də İrəvana gələrək Avropa Siyasi Birliyinin sammitində iştirak edib. O, tədbir çərçivəsində Nikol Paşinyanla görüşüb Daha sonra Ukrayna lideri çıxışı zamanı Moskvada 9 May paradına zərbə endirilə biləcəyinə dair açıqlama verib. Bu bəyanatdan sonra Ermənistanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb Qeyd edək ki, mayın 4-5-də keçirilən “Ermənistan - Avropa İttifaqı” və Avropa Siyasi Birliyi sammitlərində Avropa İttifaqı, Qərbi Balkanlar, Cənubi Qafqaz, eləcə də Ukrayna və Moldovadan olan liderlər iştirak ediblər. Tədbirdə təhlükəsizlik, Ermənistanın Avropa İttifaqına yaxınlaşması və Ukrayna münaqişəsinin perspektivləri müzakirə olunub Türkiyə XİN onun azadlığa buraxılmasını pislədi Ərdoğan imzaladı: Türkiyədə məşhur universitet bağlandı Ermənistanı Gürcüstanla kimlər düşmən etmək istəyir? - Paşinyandan reaksiya Paşinyan Putinə münasibəti haqda: “Dostluq dostluqdur, iş də iş” "Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirildi Özgür Özel TAXTDAN SALINDI - Kılıçdaroğlu komandası ilə geri döndü Günün ulduz falı: hədəflərinizi dəqiq müəyyənləşdirin! "Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti Qeyri-sabit hava bu tarixədək davam edəcək - Proqnoz Ətin qiyməti 39 manata qalxdı - Səbəbi bu imiş DİM qərar verdi: Mayın 17-də imtahan verənlərin nəzərinə! Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır


