Tenqri
Ana Səhifə
Dünya

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab yaratmasının məhdudlaşdırılması onların psixoloji inkişafına müsbət təsir göstərə bilər. Uşaqlıq və erkən yeniyetməlik dövrü şəxsiyyətin, özünəinamın və sosial bacarıqların formalaşdığı həssas mərhələdir. Sosial şəbəkələrə erkən yaşda nəzarətsiz çıx

0 baxışazertag.az
Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək
Paylaş:

16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab yaratmasının məhdudlaşdırılması onların psixoloji inkişafına müsbət təsir göstərə bilər. Uşaqlıq və erkən yeniyetməlik dövrü şəxsiyyətin, özünəinamın və sosial bacarıqların formalaşdığı həssas mərhələdir. Sosial şəbəkələrə erkən yaşda nəzarətsiz çıxış uşaqları müqayisə, təsdiq axtarışı və informasiya yüklənməsi kimi risklərlə üz-üzə qoya bilər Bu fikirləri AZƏRTAC-a açıqlamasında psixoloq Nizami Orucov bildirib. N.Orucov qeyd edib ki, yaş məhdudiyyətləri uşaqların emosional və sosial inkişafını daha sağlam şəkildə tamamlamasına, real həyat münasibətlərinə daha çox diqqət ayırmasına imkan yarada bilər. Bu, xüsusilə özünəinamın sosial şəbəkələrdəki bəyənmələrdən deyil, real həyat təcrübələrindən formalaşması baxımından əhəmiyyətlidir Psixoloq qeyd edib ki, erkən yaşlarda sosial media istifadəsi bəzi uşaqlarda diqqət dağınıqlığı, emosional həssaslıq və özünü başqaları ilə müqayisə etmə meylini gücləndirə bilir. Uşaqlar sosial mediada təqdim olunan ideal obrazları reallıq kimi qəbul etdikdə özlərini yetərsiz hiss edə, bəyənmə və izləyici sayı kimi göstəriciləri öz dəyərləri ilə əlaqələndirə bilərlər. Bu isə uzunmüddətli perspektivdə özünəinam problemlərinə və emosional narahatlıqlara səbəb ola bilər N.Orucov hesab edir ki, qanun layihəsində nəzərdə tutulan valideyn nəzarəti mexanizmləri uşaqlarda sağlam rəqəmsal vərdişlərin formalaşmasına kömək edə bilər. Onun fikrincə, burada əsas məqsəd nəzarətdən daha çox istiqamətləndirmə olmalıdır. Uşaqlara təhlükəsiz internet istifadəsi, şəxsi məlumatların qorunması və onlayn risklərlə bağlı məlumat verilməsi daha səmərəli nəticələr yaradır Psixoloq valideyn nəzarəti ilə uşağın şəxsi sərhədləri arasında balansın qorunmasının vacibliyini də vurğulayıb. O bildirib ki, nəzarət yaşa uyğun və şəffaf olmalı, uşaq bunun ona güvənilməməsi deyil, təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıdığını anlamalıdır. Xüsusilə yeniyetməlik dövründə həddindən artıq nəzarət etimad münasibətlərinə mənfi təsir göstərə bilər N.Orucovun sözlərinə görə, uşaqların rəqəmsal asılılıq, kiberzorakılıq və zərərli məzmundan qorunması üçün hüquqi tədbirlərlə yanaşı, rəqəmsal savadlılığın artırılması da vacibdir. Bu məqsədlə məktəblərdə və ailələrdə maarifləndirmə işləri aparılmalı, uşaqların idman, incəsənət və digər sosial fəaliyyətlərə cəlb olunması təşviq edilməlidir “Rəqəmsal asılılığın qarşısını almağın ən effektiv yollarından biri uşağın real həyatda maraq və aidiyyət hissi tapa bilməsidir. Uşaq özünü ailədə, məktəbdə və sosial mühitdə dəyərli hiss etdikdə virtual mühitə həddindən artıq bağlılıq riski azalır”, - deyə psixoloq əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler