Tenqri
Ana Səhifə
İqtisadiyyat

BTQ ötürücülük qabiliyyəti 5 dəfə artıb

Modernləşdirmə işləri başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona çatdırıldı ki, bu da Orta Dəhlizin beynəlxalq yükdaşımalarda rolunu əhəmiyyətli dərəcədə gücləndirir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçir

0 baxışday.az
BTQ ötürücülük qabiliyyəti 5 dəfə artıb
Paylaş:

Modernləşdirmə işləri başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona çatdırıldı ki, bu da Orta Dəhlizin beynəlxalq yükdaşımalarda rolunu əhəmiyyətli dərəcədə gücləndirir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Nəqliyyat, tranzit və logistika" mövzusunda II Xəzər Beynəlxalq Forumu zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri Emil Məmmədov deyib Onun sözlərinə görə, bir gün əvvəl modernləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı rəsmi tədbir keçirilib Məmmədov qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi və ölkədən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı bu gün həm regional, həm də qlobal səviyyədə diqqət mərkəzindədir O, Azərbaycanın nəqliyyat sisteminin imkanlarını dəfələrlə artıracaq və yükdaşımaların həcminin artmasına əlavə imkanlar yaradacaq Orta Dəhlizin inkişafı və Zəngəzur Dəhlizi layihəsinin həyata keçirilməsinin ölkənin tranzit potensialının daha da artırılmasında mühüm rol oynadığını vurğulayıb “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndəsinin sözlərinə görə, forum çərçivəsində müzakirələr mövcud infrastrukturdan istifadənin ən səmərəli yollarının tapılması və nəqliyyat-logistika sənayesinin beynəlxalq bazarın sürətlə dəyişən şərtlərinə uyğunlaşdırılmasına yönəlib Məmmədov qeyd edib ki, forum iştirakçıları arasında təcrübə mübadiləsi və perspektivli layihələrin müzakirəsi nəqliyyat əlaqələrinin inkişafı və beynəlxalq daşımaların səmərəliliyinin artırılması üçün yeni həllərin işlənib hazırlanmasına töhfə verəcək Qeyd edək ki, “TransLogistica Caspian 2026” sərgisi çərçivəsində Bakıda “Nəqliyyat, Tranzit və Logistika” II Xəzər Beynəlxalq Forumu keçirilir və dövlət qurumlarının, beynəlxalq təşkilatların və nəqliyyat-logistika sektorunun aparıcı şirkətlərinin nümayəndələrini bir araya gətirir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler