Budanovun proqnozu: Müharibə uzun sürməyəcək
Danışıqlar prosesinin əsas iştirakçılarından biri olan Ukrayna Prezidenti Aparatının rəhbəri Kirill Budanov hesab edir ki, sülh yolu ilə nizamlanma çox vaxt aparmamalıdır. Budanov “Bloomberg”lə söhbətində fikirlərini bölüşüb "Onlar (ruslar) hamı başa düşürlər ki, müharibə bitməlidir. Ona görə də da

Danışıqlar prosesinin əsas iştirakçılarından biri olan Ukrayna Prezidenti Aparatının rəhbəri Kirill Budanov hesab edir ki, sülh yolu ilə nizamlanma çox vaxt aparmamalıdır. Budanov “Bloomberg”lə söhbətində fikirlərini bölüşüb "Onlar (ruslar) hamı başa düşürlər ki, müharibə bitməlidir. Ona görə də danışıqlar aparırlar. Düşünmürəm ki, bu, çox vaxt aparacaq", - Budanov deyir Budanov qeyd edib ki, Rusiya əslində maliyyə səbəblərinə görə tezliklə sülh sazişinin əldə olunmasında maraqlıdır: "Bizdən fərqli olaraq, onlar öz pullarını xərcləyirlər. Bunlar böyük məbləğlərdir - artıq trilyonlarla ölçülür" Budanovun sözlərinə görə, hər iki tərəf əvvəllər “maksimalist mövqelərə” sadiq idilər, lakin indi tədricən kompromisə yaxınlaşırlar. Eyni zamanda, o, Donbass məsələsində hansı kompromis ola biləcəyini söyləməkdə çətinlik çəkib Həmin nəşrdə Kremldəki mənbələrə istinadən Bloomberg qeyd edir ki, danışıqlar dalana dirənib və tərəflərin yalnız bir-biri üçün qəbuledilməz olaraq qalan sabit mövqeləri var Rusiya və Ukraynanın ilin əvvəlində ABŞ-ın vasitəçiliyi ilə fəal şəkildə davam etdirdiyi danışıqlar prosesi Yaxın Şərqdə müharibənin başlamasından sonra yarımçıq qalıb. Həm Rusiya, həm də Ukrayna iddia edir ki, bu, amerikalı danışıqlarçıların məşğulluğundan yaranan müvəqqəti fasilədir və prosesin bərpasında maraqlı olduqlarını açıq şəkildə bildirirlər


