Tenqri
Ana Səhifə
Dünya

Yevlaxda Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi uğurla başa çatıb - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Yevlax rayonunda uğurla başa çatıb Day.Az AZƏRTAC-a istinadən bildirir ki, layihə çərçivəsində cari il ərzində Yevlax rayonundan xüsusi təlim

0 baxışday.az
Yevlaxda Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi uğurla başa çatıb - FOTO
Paylaş:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Yevlax rayonunda uğurla başa çatıb Day.Az AZƏRTAC-a istinadən bildirir ki, layihə çərçivəsində cari il ərzində Yevlax rayonundan xüsusi təlim proqramına cəlb edilmiş 20 müraciət edən gənc ailə seçilib. Təlim zamanı təcrübəli arıçılar iştirakçılara həm nəzəri biliklər, həm də praktiki bacarıqlar aşılayıblar. Proqramı başa vuran iştirakçılara arıçılıq təsərrüfatının yaradılması üçün arı ailələri, pətəklər, arıçı paltarları, bal çıxaran maşınlar və digər zəruri avadanlıqlar verilib. Bununla da gənc ailələrin müstəqil təsərrüfat fəaliyyətinə başlaması üçün lazımi şərait yaradılmışdır Sonrakı dövrdə layihə iştirakçıları təsərrüfatlarının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması, eləcə də istehsal etdikləri təbii bal məhsullarının təqdimatı və satışı ilə bağlı dəstək almağa davam edəcəklər Xatırladaq ki, “Gənc Arıçı” layihəsi 2021-ci ildən IDEA İctimai Birliyi, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və publik hüquqi şəxs olan ABAD-ın tərəfdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində indiyədək respublikanın müxtəlif bölgələrində yaşayan 80-dən çox gənc ailəyə arıçılıq təsərrüfatının yaradılmasında dəstək göstərilib. Layihə iştirakçılarının istehsal etdikləri təbii bal məhsulları müxtəlif bal festival və yarmarkalarında təqdim olunub Layihənin özəl məqamlarından biri də odur ki, Leyla Əliyeva ötən müddətdə bölgələrə səfərləri zamanı “Gənc arıçı” layihəsinin iştirakçılarına evlərində baş çəkib, onların təsərrüfatları ilə tanış olub, onların fəaliyyəti ilə maraqlanıb, onlara dəstək olub Qeyd edək ki, “Gənc arıçı” layihəsinin əsas məqsədi biomüxtəlifliyin qorunmasında mühüm rol oynayan arıların ölkə üzrə yayılma ərazisini genişləndirmək, ekosahibkarlığın bir forması kimi regionlarda arıçılığı təşviq etmək, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətinə dəstək vermək və yüksək keyfiyyətli təbii bal istehsalının artırılmasından ibarətdir Layihə həmçinin gənc ailələrin sosial rifahının yaxşılaşdırılmasına, regionlarda davamlı məşğulluğun təmin edilməsinə və ailə təsərrüfatlarının inkişafına öz töhfəsini verir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler

Проект «Молодой пчеловод», реализуемый по инициативе Лейлы Алиевой, успешно завершился в Евлахе - ФОТО | Tenqri