Quterreş Hörmüz çağırışı
Hörmüz boğazının bağlanması enerji və gübrə qiymətlərinin kəskin artmasına səbəb olub, ona görə də boğaz məhdudiyyətsiz tam şəkildə açılmalıdır. Bunu BMT-nin baş katibi Antonio Quterreş Nayrobidə keçirdiyi mətbuat konfransında deyib "Hörmüz boğazının tıxanması səbəbindən qiymətlərdə kəskin artım m

Hörmüz boğazının bağlanması enerji və gübrə qiymətlərinin kəskin artmasına səbəb olub, ona görə də boğaz məhdudiyyətsiz tam şəkildə açılmalıdır. Bunu BMT-nin baş katibi Antonio Quterreş Nayrobidə keçirdiyi mətbuat konfransında deyib "Hörmüz boğazının tıxanması səbəbindən qiymətlərdə kəskin artım müşahidə edirik və buna görə də hesab edirik ki, onun tamamilə və məhdudiyyətsiz açılması lazımdır. Biz hər iki tərəfi buna çağırdıq. Enerji və gübrə qiymətlərini müharibədən əvvəlki səviyyəyə qaytarmağın yeganə yolu budur və bu, Keniya kimi ölkələr üçün həyati əhəmiyyət kəsb edir", - Quterreş bildirib BMT baş katibinin sözlərinə görə, artıq bir neçə ölkə gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı riski ilə üzləşib. "Biz indi əkin mövsümünə qədəm qoyuruq və gübrəsiz təsəvvür edə bilərik ki, gələn il ciddi ərzaq təhlükəsizliyi problemi ilə üzləşə bilərik. Bu, Hörmüz boğazının məhdudiyyətsiz açılmasının bütün beynəlxalq ictimaiyyətin maraqları baxımından zərurət olduğu məqamdır", - o vurğulayıb


