Qarşi rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb
Kaşkadərya vilayətinin Qarşi rayonunda məişət qaz balonlarının doldurulma məntəqəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, daha 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə iyunun 8-də saat 13:50 radələrində Çəmən mə

Kaşkadərya vilayətinin Qarşi rayonunda məişət qaz balonlarının doldurulma məntəqəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, daha 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə iyunun 8-də saat 13:50 radələrində Çəmən məhəlləsi ərazisində baş verib. Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus məişət qaz balonlarının maye qazla doldurulması müəssisəsində partlayış baş verib Xəbərin alınmasından sonra hadisə yerinə 5 yanğınsöndürmə və xilasetmə briqadası göndərilib. Xilasedicilər saat 14:02-də gəlib, bir neçə dəqiqə sonra saat 14:05-də yanğını lokallaşdırıb, saat 14:55-də yanğını tam söndürüblər İlkin məlumatlara görə, partlayış və sonrakı yanğın nəticəsində dörd avtomobilə - iki "Cobalt" markalı avtomobilə və iki xüsusi qaz daşıyan avtomobilə ziyan dəyib. Yanğın nəticəsində iki yeraltı yanacaq anbarı da yararsız hala düşüb Zərərçəkənlər lazımi yardımın göstərilməsi üçün tibb müəssisələrinə aparılıb Özbəkistan prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə Baş nazirin müavini Açılbay Ramatovun rəhbərlik etdiyi hökumət komissiyası yaradılıb. Komissiyaya zərərçəkənlərə yardımın təşkili, hadisənin nəticələrinin aradan qaldırılması, partlayışın səbəblərinin müəyyən edilməsi və gələcəkdə analoji hadisələrin qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması tapşırılıb Hazırda hadisənin baş verdiyi ərazi fövqəladə hallar xidmətlərinin nəzarətindədir, fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir Səhv tapsanız, lütfən, mətn parçasını seçin və Ctrl+Enter düymələrini basın


