Hindistanda oteldə baş verən yanğında 3 Qırğızıstan vətəndaşı ölüb
“Xülasə” (AKİpress) - Hindistanda oteldə baş verən yanğın nəticəsində 3 Qırğızıstan vətəndaşı həlak olub. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb Yanğın iyunun 3-də Yeni Dehlinin Malviya Naqar bölgəsində yerləşən Florist İnn otelində baş verib. Yanğın nəticəsində 21 nəfər ölüb, o

“Xülasə” (AKİpress) - Hindistanda oteldə baş verən yanğın nəticəsində 3 Qırğızıstan vətəndaşı həlak olub. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb Yanğın iyunun 3-də Yeni Dehlinin Malviya Naqar bölgəsində yerləşən Florist İnn otelində baş verib. Yanğın nəticəsində 21 nəfər ölüb, o cümlədən üç Qırğızıstan vətəndaşı: X.N. (1976-cı il təvəllüdlü), T.H. (2003-cü il təvəllüdlü) və K.M. (1950-ci il təvəllüdlü) Hindistan tərəfinin səlahiyyətli orqanlarının məlumatına görə, oteldə yaşayan əcnəbi vətəndaşların əksəriyyəti Hindistana Yeni Dehlidəki tibb müəssisələrində müalicə olunmaq üçün gəliblər Qırğızıstanın Hindistandakı səfirliyi Hindistan rəsmiləri və qurbanların yaxınları ilə əlaqə saxlayır, lazımi konsulluq yardımını göstərir Hazırda sənədləşmə işləri və ölən Qırğızıstan vətəndaşlarının cənazələrinin vətənlərinə çatdırılması məsələləri həll edilir


