İtaliyada təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb
Milli.Az The Sun-a istinadən bildirir ki, 26 yaşlı təlimatçı pilot Daniel Taino faciə nəticəsində dünyasını dəyişib. Onun 19 yaşlı tələbə sərnişini dağıntılar arasında sağ tapılıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb Şahidlərin sözlərinə görə, təyyarə Berqamo ərazisi üzərində təlim uçuşu zamanı

Milli.Az The Sun-a istinadən bildirir ki, 26 yaşlı təlimatçı pilot Daniel Taino faciə nəticəsində dünyasını dəyişib. Onun 19 yaşlı tələbə sərnişini dağıntılar arasında sağ tapılıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb Şahidlərin sözlərinə görə, təyyarə Berqamo ərazisi üzərində təlim uçuşu zamanı kəskin şəkildə enməyə başlayıb və yaşayış binalarından cəmi bir neçə metr aralıda beton elektrik dirəyinə çırpılıb Zərbə eşitdim. Əvvəlcə fikirləşdim ki, iki maşın toqquşub və qaçıb baxdım. Şahidlərdən biri “Mən tamamilə dağılmış bir təyyarə gördüm və içəridə bir oğlan qışqırdı” dedi İlkin məlumatlara görə, qəzaya səbəb 1981-ci il model təyyarənin mühərrikində nasazlıq ola bilərdi, lakin rəsmi araşdırma davam edir Dərhal hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xəsarət almış tələbəni təxliyə ediblər. İtaliyanın aviasiya orqanları faciənin baş vermə şəraitini yoxlamağa başlayıb Xatırladaq ki, Böyük Britaniyada Kral Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb və nəticədə 3 ekipaj üzvü həlak olub


