Tenqri
Ana Səhifə
Dünya

Prezidentin Zəngilandan verdiyi mesajın hədəfi: Hansı qüvvələrə yönəlib?

Son dövrlərdə Emmanuel Makronun açıqlamaları və ümumilikdə Avropa Birliyinin Cənubi Qafqaz siyasəti regionda yeni gərginlik fonu yaradır. Xüsusilə Fransa başda olmaqla bəzi Qərb mərkəzlərinin Azərbaycanın suverenlik məsələlərinə yanaşması və regiondakı proseslərə müdaxilə cəhdləri Bakıda narahatlıql

0 baxışpublika.az
Prezidentin Zəngilandan verdiyi mesajın hədəfi: Hansı qüvvələrə yönəlib?
Paylaş:

Son dövrlərdə Emmanuel Makronun açıqlamaları və ümumilikdə Avropa Birliyinin Cənubi Qafqaz siyasəti regionda yeni gərginlik fonu yaradır. Xüsusilə Fransa başda olmaqla bəzi Qərb mərkəzlərinin Azərbaycanın suverenlik məsələlərinə yanaşması və regiondakı proseslərə müdaxilə cəhdləri Bakıda narahatlıqla qarşılanır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajlar həm siyasi, həm də diplomatik baxımdan ciddi reaksiya doğurub Mövzu ilə bağlı Publika.az-a açıqlama verən Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə maraqlı faktlara toxundu Aydın Mirzəzadə qeyd etdi ki, “cənab Prezidentin Zəngilandakı çıxışları Azərbaycanın milli maraqlarına söykənən, Azərbaycanın təhlükəsizliyini və suverenliyini qoruyan mesajlar idi” O vurğuladı ki, hər bir dövlət onun maraqlarına cavab verən məsələləri hər zaman qorumaq hüququna malikdir Deputat əlavə etdi ki, Azərbaycanın uzun illər ərzində ərazi bütövlüyünün pozulmasına baxmayaraq, bəzi güclü dövlətlər bu məsələyə laqeyd yanaşıb: “Dünyanın müəyyən bir hissəsi, o cümlədən güclü aparıcı dövlətlər də var idi ki, bizim ərazi bütövlüyümüzün təmin edilməsinə soyuq yanaşırdılar” O bildirdi ki, Ermənistanın işğal siyasətinə qarşı kifayət qədər təzyiq göstərilmirdi: “Ermənistana təzyiq göstərilmirdi, hətta açıq-aşkar ona dəstək verən ölkələr də var idi” Mirzəzadə qeyd etdi ki, bütün bu proseslərə baxmayaraq Azərbaycan öz problemini özü həll edib: “Azərbaycan qlobal bir problemi özü öz gücünə həll etdi və bu gün dünya Azərbaycanın suverenliyini qəbul edir” Onun sözlərinə görə, Prezident İlham Əliyevin mesajları hələ də Azərbaycanın reallığını qəbul etmək istəməyən ünvanlara yönəlib: “Hələ də Azərbaycanın müstəqilliyini tam qəbul edə bilməyən qüvvələr var, hələ də ölkəmizi təsir altında saxlamaq üçün cəhdlər edilir” Deputat sonda vurğuladı ki, Prezidentin çıxışı həmin cəhdlərin nəticəsiz olduğunu göstərir: “Bu çıxış həmin cəhdlərin əbəs olduğunu sübut edir və həmin qüvvələrə Azərbaycanla düşmənçilik yox, reallıqla barışma və əməkdaşlıq yolunu seçmək çağırışıdır” Müəllif: Adəm Abbaslı Yeni dünya düzəni: Rusiya ABŞ və Çin qarşısından geri çəkilir? Süni İntellekt İrəvanı çətinə saldı: Azərbaycandan Ermənistana nələr verilib? Paşinyan, yoxsa müharibə seçimi: Bakı üçün yaranacaq tarixi şans və risklər Zəngilandan dünyaya mesaj: Bakı diktə edən tərəfdir, bizimlə hesablaşmayanlar… Fransanın Cənubi Qafqazda neokolonializm planı - Ermənistan üçün hansı risk vəd edir? Makronun Ermənistan şousu: Əliyev onun “arzusunu gözündə qoydu” Nəsrinin serialı bu tarixdə başlayır Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO Mətanət Qarayeva vəzifəsindən azad edildi Bu il də finala keçə bilmədik Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO

Kaynak: publika.az

Diğer Haberler