® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı və məşğulluğun artırılması istiqamətində kənd təsərrüfatı və sənayenin rolunu vurğulayaraq bildirib: “Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də ə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı və məşğulluğun artırılması istiqamətində kənd təsərrüfatı və sənayenin rolunu vurğulayaraq bildirib: “Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır” Bildirilir ki, ölkə rəhbərinin bu strateji çağırışına və şəhərlərdən bölgələrə qayıdış fəlsəfəsinə dəstək olaraq, Azərbaycanın pambıqçılıq və tekstil sənayesinin aparıcı şirkətlərindən biri olan “Prime Cotton” Bakıda yerləşən baş ofisini Mingəçevir şəhərinə köçürmək barədə qərar qəbul edib Bu qərar yalnız inzibati dəyişiklik deyil, regionların iqtisadi potensialının gücləndirilməsinə, sənaye fəaliyyətinin istehsal mərkəzlərinə daha da yaxınlaşdırılmasına və yerli kadrların məşğulluğunun artırılmasına xidmət edən mühüm strateji addımdır Bu çərçivədə iyunun 12-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ilə “Prime Cotton” şirkətinin baş icraçı direktoru Tural Əlizadə arasında görüş keçirilib. Görüşdə, həmçinin Mingəçevir Tekstil Parkının direktoru Əli Əsədov və “Prime Cotton” şirkətinin Müşahidə Şurasının üzvü Haşim Əliyev iştirak ediblər Söhbət zamanı tərəflər şirkətin fəaliyyəti, istehsal potensialı, mövcud sənaye infrastrukturu və Mingəçevirin iqtisadi inkişafına verilə biləcək töhfələr ətrafında fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, “Prime Cotton” Azərbaycanın pambıqçılıq və tekstil sənayesində aparıcı mövqeyə malikdir. Şirkətə məxsus Mingəçevir Tekstil İplik Fabriki Qafqazın ən böyük iplik istehsalı müəssisələrindən biri olmaqla regionun sənaye potensialının formalaşmasında və məşğulluğun artırılmasında mühüm rol oynayır Görüşdə Mingəçevirdə sənaye istehsalının daha da genişləndirilməsi məqsədilə yeni investisiya layihələri, o cümlədən yeni iplik istehsalı fabrikinin yaradılması perspektivləri müzakirə olunub. Bildirilib ki, layihənin həyata keçirilməsi yeni iş yerlərinin açılmasına, şəhərin iqtisadi inkişafına, ixrac potensialının artırılmasına və qeyri-neft sənayesinin daha da güclənməsinə mühüm töhfə verəcək “Prime Cotton” rəhbərliyi vurğulayıb ki, baş ofisin Mingəçevirə köçürülməsi qərarı regionlarda iqtisadi fəallığın artırılması, yüksək ixtisaslı kadrların bölgələrdə fəaliyyətinin təşviq olunması və sənaye ekosisteminin inkişafına əlavə dəstək göstərilməsi məqsədi daşıyır Tərəflər gələcək əməkdaşlıq imkanları, investisiya perspektivləri və şəhərin sosial-iqtisadi inkişafına xidmət edə biləcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Həmçinin birgə layihələrin həyata keçirilməsi, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanıb Görüş konstruktiv şəraitdə keçib və gələcək əməkdaşlığın inkişafına dair ilkin razılaşmalar əldə olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
