Tenqri
Ana Səhifə
Dünya

Prezidentin köməkçisi: "Təbii fəlakətlərin bütün zərərlərini dövlət ödəməməlidir"

Kənd təsərrüfatı sahəsində risklərin idarə edilməsi və fermerlərin ehtimal olunan itkilərdən müdafiəsi baxımından aqrar sığorta mexanizmlərinin daha geniş tətbiqi vacibdir "Report"un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkil

0 baxışreport.az
Prezidentin köməkçisi: "Təbii fəlakətlərin bütün zərərlərini dövlət ödəməməlidir"
Paylaş:

Kənd təsərrüfatı sahəsində risklərin idarə edilməsi və fermerlərin ehtimal olunan itkilərdən müdafiəsi baxımından aqrar sığorta mexanizmlərinin daha geniş tətbiqi vacibdir "Report"un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramı" çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə fermerlərin suallarına cavab verərkən səsləndirdib Onun sözlərinə görə, kənd təsərrüfatı təbiət hadisələri və iqlim şəraitindən bilavasitə asılı olan bir sahədir və bu səbəbdən risklərin sığortalanması xüsusi əhəmiyyət daşıyır: "Belə hesab etmək doğru deyil ki, istənilən təbii hadisə zamanı bütün zərərləri dövlət qarşılamalıdır. Bu sahədə müvafiq mexanizmlər fəaliyyət göstərir və fermerlər həmin mexanizmlərdən bəhrələnməlidirlər. Dövlət kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı dəstək tədbirləri görür, subsidiyalar ayırır, infrastruktur layihələri icra edir və fermerlərin fəaliyyət imkanlarının genişlənməsi üçün müvafiq şərait yaradır" Bundan əlavə, Z. Nağdəliyev qeyd edib ki, fermerlər də öz təsərrüfatlarının dayanıqlığını möhkəmləndirmək məqsədilə aqrar sığorta alətlərindən istifadə etməli, risklərin idarə olunmasına məsuliyyətli yanaşmalıdırlar: "Aqrar sığorta təbii fəlakətlər və digər gözlənilməz hallardan yaranan zərərlərin kompensasiya edilməsində mühüm rol oynayır və kənd təsərrüfatında davamlı inkişafın təmin olunmasına xidmət edir" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler