Şri-Lanka Prezidenti İlham Əliyevi təbrik edib
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayake Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik günü mü

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayake Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Zati-alinizə, hökumətinizə və xalqınıza şəxsən öz adımdan, eləcə də Şri-Lanka hökuməti və xalqı adından dərin məmnunluqla təbriklərimi və ən xoş arzularımı yetirirəm Şri-Lanka ilə Azərbaycan arasında dostluq və sıx əməkdaşlığın genişlənməsi böyük məmnunluq doğurur. Əminəm ki, iki ölkə arasında qarşılıqlı dostluq və əməkdaşlıq gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəkdir Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, böyük uğurlar, Azərbaycan xalqına isə daimi firavanlıq, tərəqqi və firavanlıq arzulayıram Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin” Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


