Portuqaliya Prezidenti Prezident İlham Əliyevi təbrik etdi
Portuqaliya Respublikasının Prezidenti Antonio Joze Sequro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident! Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Portuqaliya

Portuqaliya Respublikasının Prezidenti Antonio Joze Sequro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident! Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sizə şəxsi rifah, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzularımı bildirirəm Ölkənizin bütün vətəndaşları və dostları üçün əlamətdar gündə mən Portuqaliyanın dövlətlərimizi və xalqlarımızı birləşdirən ikitərəfli dostluq münasibətlərinin və əməkdaşlığın möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiq edirəm. Ümidvaram ki, Portuqaliyanın Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılması bu məqsədə nail olmaq üçün mühüm töhfə verəcək Cənab Prezident, bir daha Sizə təbriklərimi çatdırıram, ən yüksək ehtiramımı qəbul edin” Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


