Tenqri
Ana Səhifə
Dünya

“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında yarışlara bu gün Suqovuşanda start veriləcək 525.az xəbər verir ki, avarçəkənlər 1 nəfərlik kayak və kanoe qayığı ilə 200 metr məsafəyə yarışlarda qü

0 baxış525.az
“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir
Paylaş:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında yarışlara bu gün Suqovuşanda start veriləcək 525.az xəbər verir ki, avarçəkənlər 1 nəfərlik kayak və kanoe qayığı ilə 200 metr məsafəyə yarışlarda qüvvələrini sınayacaqlar. Mübarizə saat 13:00-da start götürəcək. Final mərhələsi saat 14:10-da başlayacaq Qeyd edək ki, Azərbaycan Su İdman Növləri ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən "Prezident Kuboku"nda ölkəmizlə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Yarışın son 2 mərhələsi Mingəçevirdə keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq

Kaynak: 525.az

Diğer Haberler