Tenqri
Ana Səhifə
Dünya

Prezident İlham Əliyevin strateji kursu Cənubi Qafqazın gələcəyini formalaşdırır - Ekspert

Son illərdə Cənubi Qafqazda baş verən dəyişikliklər regionun mahiyyətini köklü şəkildə yeniləyib. Əvvəllər qarşıdurma və qeyri-sabitliklə yadda qalan bu məkan artıq sülh, əməkdaşlıq və qarşılıqlı etimad üzərində qurulan yeni mərhələyə daxil olub. Bu transformasiyanın əsasında güclü siyasi iradə, ard

0 baxışazertag.az
Prezident İlham Əliyevin strateji kursu Cənubi Qafqazın gələcəyini formalaşdırır - Ekspert
Paylaş:

Son illərdə Cənubi Qafqazda baş verən dəyişikliklər regionun mahiyyətini köklü şəkildə yeniləyib. Əvvəllər qarşıdurma və qeyri-sabitliklə yadda qalan bu məkan artıq sülh, əməkdaşlıq və qarşılıqlı etimad üzərində qurulan yeni mərhələyə daxil olub. Bu transformasiyanın əsasında güclü siyasi iradə, ardıcıl strategiya və uzaqgörən yanaşma dayanır. Bu baxımdan, Prezident İlham Əliyevin Gürcüstana həyata keçirdiyi dövlət səfəri Cənubi Qafqazın müasir geosiyasi tarixində xüsusi yer tutur. Bu səfər regionda formalaşmaqda olan yeni əməkdaşlıq mühitinin güclənməsinə, strateji tərəfdaşlığın dərinləşməsinə və gələcək inkişaf istiqamətlərinin müəyyənləşməsinə ciddi təsir göstərən mühüm siyasi hadisə kimi diqqəti cəlb edir Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib O bildirib ki, Prezident İlham Əliyevin səfər çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın regionda aparıcı rolunu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan və Gürcüstan hər zaman birgə fəaliyyət göstərərək ortaq maraqlar ətrafında sıx əməkdaşlıq qurublar. Bu birlik regionda sabitliyin əsas dayaqlarından birinə çevrilib “Azərbaycanın bu gün qazandığı mövqe məqsədyönlü siyasətin nəticəsidir. Dövlətin həyata keçirdiyi müstəqil və balanslaşdırılmış kurs ölkəni regionun əsas siyasi və iqtisadi mərkəzlərindən birinə çevirib. Bu nüfuz həm beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş imici, həm də qlobal layihələrdə fəal iştirakla daha da möhkəmlənir Gürcüstanla münasibətlər bu siyasətin ən parlaq nümunələrindən biri kimi çıxış edir. Əsrlərə söykənən dostluq və qonşuluq ənənələri müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında formalaşmış əməkdaşlıq modeli qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində inkişaf edir Enerji sahəsində həyata keçirilən layihələr bu tərəfdaşlığın əsas sütunlarından hesab olunur. Azərbaycan təşəbbüsü ilə reallaşdırılan iri enerji layihələri regionun qlobal enerji sistemində mühüm yer tutmasına şərait yaradıb. Bu layihələr sayəsində ölkə enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi tanınır və beynəlxalq nüfuzunu daha da gücləndirir. Nəqliyyat və logistika istiqamətində görülən işlər isə regionun geoiqtisadi əhəmiyyətini artırır. Orta Dəhliz kimi layihələr Azərbaycan və Gürcüstanı Asiya ilə Avropa arasında əsas tranzit mərkəzlərindən birinə çevirir. Bu marşrutlar qlobal ticarət axınlarında yeni imkanlar açır və regionun strateji çəkisini yüksəldir”,- deyə K.Qənbərov qeyd edib Onun sözlərinə görə, səfər zamanı xüsusi vurğulanan məsələlərdən biri də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik idi. İki ölkə bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyərək regionda sabitliyin möhkəmlənməsinə töhfə verir. Bu yanaşma Cənubi Qafqazda təhlükəsizlik mühitinin güclənməsinə xidmət edir. Eyni zamanda, region dövlətləri arasında dialoqun intensivləşməsi və iqtisadi əlaqələrin genişlənməsi yeni inkişaf mərhələsinin əsas xüsusiyyətlərini müəyyən edir. Kommunikasiyaların açılması, ticarət əlaqələrinin artması və birgə layihələrin həyata keçirilməsi qarşılıqlı asılılığı gücləndirərək uzunmüddətli sabitlik üçün möhkəm zəmin yaradır “Bütün bu proseslər fonunda Azərbaycan regionun aparıcı gücü kimi çıxış edir. Ölkənin həyata keçirdiyi siyasət yalnız milli maraqların təmin olunmasına yönəlmir, eyni zamanda, regional sabitliyin və rifahın gücləndirilməsinə xidmət edir. Bu yanaşma Azərbaycanın beynəlxalq sistemdə rolunu daha da artırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan strateji kurs Cənubi Qafqazın gələcəyini müəyyən edən əsas istiqamətlərdən biri kimi ön plana çıxır. Onun təşəbbüsləri və ardıcıl fəaliyyəti regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına və möhkəmlənməsinə güclü təkan verir”,- deyə ekspert əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler