Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub "Report" xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin "X" sosial şəbəkə hesabında paylaşılıb "Telefon danışığı zamanı liderlər Azərbaycan və Pakistan arasında qardaşlıq və str

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub "Report" xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin "X" sosial şəbəkə hesabında paylaşılıb "Telefon danışığı zamanı liderlər Azərbaycan və Pakistan arasında qardaşlıq və strateji əlaqələri bir daha təsdiqləyərək, enerji, ticarət və insanlararası təmaslar daxil olmaqla, əsas sahələrdə əməkdaşlığın davamlı genişlənməsini məmnunluqla qeyd ediblər", - məlumatda qeyd olunub Ş. Şərif qlobal şəhərsalma gündəliyinin irəlilədilməsində Azərbaycanın ev sahibi kimi rolunu qeyd edərək, Bakıda qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Foruma göstərilən diqqətə görə minnətdarlığını bildirib və onun şəhərsalma gündəliyi üzrə aparıcı beynəlxalq platforma kimi əhəmiyyətini vurğulayıb. Ş. Şərif təxirəsalınmaz işləri səbəbindən tədbirdə iştirak edə bilməyəcəyini, lakin Pakistanın Forumda layiqincə təmsil olunmasını təmin etdiyini qeyd edib Liderlər Yaxın Şərqə xüsusi diqqət yetirməklə, regional proseslər ətrafında fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Pakistanın fəal vasitəçilik rolunu, tərəflər arasında atəşkəsin təmin edilməsi istiqamətində uğurlu təşəbbüslərini və gərginliyin azaldılması səylərini çox yüksək qiymətləndirərək, bunun ölkə rəhbərliyinə olan güclü beynəlxalq inamı əks etdirdiyini qeyd edib Liderlər sıx əlaqədə qalmaq barədə razılığa gəliblər. Ş. Şərif Azərbaycan Prezidentini Pakistana səfərə dəvət edib və Prezident İlham Əliyev bu dəvəti minnətdarlıqla qəbul edib Prime Minister of the Islamic Republic of Pakistan Muhammad Shehbaz Sharif (@CMShehbaz) called President Ilham Aliyev.During the telephone conversation the leaders reaffirmed the brotherly and strategic ties between Azerbaijan and Pakistan, welcoming the steady expansion of… pic.twitter.com/HXaesV0TVy— Ilham Aliyev (@presidentaz) May 12, 2026 Prime Minister of the Islamic Republic of Pakistan Muhammad Shehbaz Sharif (@CMShehbaz) called President Ilham Aliyev.During the telephone conversation the leaders reaffirmed the brotherly and strategic ties between Azerbaijan and Pakistan, welcoming the steady expansion of… pic.twitter.com/HXaesV0TVy Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

CHP-dən AKP-yə keçən Burcu Köksal: Afyonkarahisarın problemlərini daha tez yekunlaşdırmaq və investisiyaları reallaşdırmaq üçün yeni dövrə başladım | T24

İMM işində 37-ci gün | Seza Büyükçulha, İmamoğlunun uşaqlıq dostu: Tam bir il günahsız olduğum halda məni yatağa qoymağın günahını necə daşıyırsan? | T24
