Prezident İlham Əliyev Serbiya lideri ilə görüşdü - YENİLƏNDİ
Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşüb Publika.az xəbər verir ki, Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətini vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlət başçısına

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşüb Publika.az xəbər verir ki, Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətini vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri məmnunluqla xatırlandı, bu səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığı vurğulanıb Dövlət başçılarının səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işində önəminə toxunulub Siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, investisiyalar, birgə layihələrin icrası və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi Görüşdə xalqların yaxınlaşdırılması və turizm potensialımızın möhkəmləndirilməsi baxımından Serbiyanın "Airserbia" şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin əhəmiyyətinə toxunulub Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar 17:13 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşüb Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb Staşa Koşaraç Azərbaycana səfərə gəldi Özbəkistan Prezidenti Azərbaycana gəldi Vuçiç: “Prezident İlham Əliyev Serbiyanın böyük dostudur” Sadır Japarov Azərbaycana səfərə gəldi WUF13-ün birinci günü başa çatdı Vuçiç: “Azərbaycanla ticarət dövriyyəmiz beş dəfə çox olmalıdır” 8 illik evlilik Hazala görə bitdi? Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO “Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi Mavriki Prezidenti Azərbaycana səfərə gəldi D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi Çavuşoğlunun qardaşı həyatını itirdi


