Tenqri
Ana Səhifə
Dünya

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib Əlamətdar yubileyiniz – anadan olmağınızın 80 illiyi münasibətil

0 baxışazertag.az
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
Paylaş:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib Əlamətdar yubileyiniz – anadan olmağınızın 80 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi yetirməkdən, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, güclü və qüdrətli dövlətin görkəmli Lideri kimi ali dövləti fəaliyyətinizdə daim uğurlar və yeni-yeni nailiyyətlər arzulamaqdan məmnunluq duyuram Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın təşəkkülündə və dərinləşməsində Sizin əvəzsiz xidmətləriniz vardır və biz bunu yüksək qiymətləndiririk. Keçən ilin avqustunda Ağ Evdə Sizinlə tarixi görüş zamanı əsası qoyulmuş Strateji Tərəfdaşlıq Xartiyasının altı ay sonra ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri çərçivəsində imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı. Əldə etdiyimiz bu möhtəşəm nailiyyət Sizin sarsılmaz iradənizin və əzminizin bariz göstəricisidir. Dövlətlərarası münasibətlərimizin inkişafına daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə təşəkkür edirik Biz Sizə Cənubi Qafqazda sülh gündəliyinin təşviqi naminə göstərdiyiniz qətiyyətə görə də minnətdarıq. Vaşinqtonda şahidliyiniz ilə imzaladığımız üçtərəfli birgə bəyannamə, habelə Ermənistanla paraflanan Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş sülh quruculuğu yolunda Sizin ardıcıl səylərinizin nəticəsidir. Eyni zamanda biz Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük Sizinlə aramızdakı şəxsi münasibətləri, dostluğu, dərin hörmət və etimadı daim uca tutur, son bir il ərzində mehribanlıq və səmimiyyət şəraitində keçən məhsuldar görüşlərimizdən və təmaslarımızdan məmnunluq duyduğumu bildirirəm Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır Azərbaycan-ABŞ əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnoloji və digər sahələrdə daha da inkişaf etdirmək və möhkəmləndirmək qarşılıqlı əzmimiz təqdirəlayiqdir Əminəm ki, Azərbaycan ilə ABŞ arasında dostluğun və etibarlı tərəfdaşlığın dərinləşdirilməsi, səmərəli əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik Dərin hörmət və ehtiramlarımı izhar edərək bir daha Sizə və ailənizə ən xoş arzularımı çatdırır, dost Amerika xalqının rifahı naminə məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler