Prezident İlham Əliyev Xankəndində iş əlcəyi istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO - VİDEO
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib Day.Az AZƏRTAC-a istinadən bildirir ki, "GP Safety" MMC-nin təsisçisi Hikmət Əsədov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məluma
.jpg&w=2048&q=70)
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib Day.Az AZƏRTAC-a istinadən bildirir ki, "GP Safety" MMC-nin təsisçisi Hikmət Əsədov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi Bildirilib ki, burada müxtəlif təyinatlı 4 növ iş əlcəyi istehsal olunacaq. Şirkətin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulub. Gələcəkdə onun Avropa bazarına çıxarılması da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisəyə yatırılan investisiyanın həcmi 3,5 milyon manatdır. Onun yaradılmasına dövlət dəstəyi də göstərilib. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan əlavə, investisiya təşviqi sənədi əsasında idxal olunan maşın və avadanlıqlara 238 min manat məbləğində ƏDV-dən azadolma tətbiq edilib Sonra dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət etdi Prezident İlham ƏLİYEV: İşğal zamanı harada yaşadınız? Digər işçi: Mən Şuşa şəhər sakiniyəm Prezident İlham Əliyev: İndi harada yaşayırsınız? Şuşada? İşçi: Xankəndində Prezident İlham Əliyev: Yaxındır. İndi yol çəkilir, daha rahat olacaq. Şuşa şəhərinə on dəqiqəyə çatmaq olar. Kanat yolu da olacaq, yəqin eşitmisiniz. Xankəndindən Şuşaya kanat yolu, eşitmisiniz? Prezident İlham ƏLİYEV: Sağ olun, sizə cansağlığı arzulayıram İşçi: Allah sizi qorusun Prezident İlham ƏLİYEV: Sağ olun Qeyd edək ki, bu müəssisənin yaradılması Xankəndində yüngül sənayenin inkişafına verdiyi töhfə ilə yanaşı, şəhərin iqtisadi potensialının bərpasında da öz rolunu oynayacaq. Belə sənaye infrastrukturunun yaradılması yerli əhalinin məşğulluğuna şərait yaradır, həm daxili bazarın tələbatının ödənilməsinə, həm də ixracyönümlü istehsalın həcminin artırılmasına xidmət edir. Bütün bu işlər Azərbaycan dövlətinin Qarabağın iqtisadi potensialının bərpası və gücləndirilməsi, müxtəlif təyinatlı məhsulların istehsalının təşkili istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların tərkib hissəsidir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

