Tenqri
Ana Səhifə
Dünya

Finlandiya prezidenti Ukraynanın təklifindən imtina edib

Finlandiya prezidenti Alexander Stubb deyib ki, o, özünü Rusiya prezidenti Vladimir Putinlə avropalı danışıqlar aparan şəxs rolunda görmür və hesab edir ki, E3 qrupu - Fransa, Almaniya və Böyük Britaniya mümkün danışıqlarda Avropanın maraqlarını təmsil etməlidir. "Şəxsən mən özümü bu məsələdə təmsil

0 baxışhaqqin.az
Finlandiya prezidenti Ukraynanın təklifindən imtina edib
Paylaş:

Finlandiya prezidenti Alexander Stubb deyib ki, o, özünü Rusiya prezidenti Vladimir Putinlə avropalı danışıqlar aparan şəxs rolunda görmür və hesab edir ki, E3 qrupu - Fransa, Almaniya və Böyük Britaniya mümkün danışıqlarda Avropanın maraqlarını təmsil etməlidir. "Şəxsən mən özümü bu məsələdə təmsilçi kimi görmürəm. Düşünürəm ki, böyük oyunçuların, yəni Fransa, Almaniya və Böyük Britaniyanın təşəbbüsü ələ alması vacibdir", - Stubb deyib. Eyni zamanda, onun fikrincə, Finlandiya və ya Norveç kimi ölkələr fonda danışıqlara yaxşı töhfə verə bilər Stubb həmçinin Kremllə dialoqa başlamağın vacibliyini vurğulayıb. "Ukrayna hazırda güclü hərbi, siyasi və iqtisadi mövqedədir. Ona görə də hesab edirəm ki, Avropanın Rusiya rəhbərliyi, daha doğrusu, prezident Putinlə əlaqə saxlamasının və diplomatik danışıqlara başlamasının vaxtı çatıb", - Finlandiya prezidenti əlavə edib Stubbın bəyanatı Ukrayna Ali Radasının Xarici Əlaqələr Komitəsinin sədri Aleksandr Merejko MTV Uutiset-ə müsahibəsində Finlandiya liderini atəşkəs danışıqlarında Avropa təmsilçisi kimi görmək arzusunu ifadə etməsindən sonra gəlib. "Mən bu vəzifəyə Finlandiya prezidenti Aleksandr Stubbı seçərdim. Birincisi, o, əla diplomatdır, ABŞ prezidenti (Donald Tramp) ilə strateji danışıqlar aparmağı və qarşılıqlı əlaqə qurmağı bilir", - Merejko deyib “Bloomberg”in iyunun 4-də verdiyi məlumata görə, Ukraynanın əsas müttəfiqləri – Almaniya, Fransa və Böyük Britaniya (“Avrotroyka” adlanır) Kiyevlə birlikdə müharibəni dayandırmaq üçün Rusiyanı danışıqlara cəlb etmək planı hazırlayır. Döyüş meydanındakı (Rusiya ordusu ardıcıl ikinci aydır ərazilərini itirir) və Ukrayna pilotsuz təyyarələrinin Rusiyadakı hədəflərə uğurlu zərbələrini nəzərə alaraq, Avropa Putini sülh sazişinin müzakirəsinə başlamağa məcbur etmək fürsəti görür. Reuters mənbələri həmçinin qeyd edib ki, “Rusiya ilə dialoq pəncərəsi tədricən açılır”

Kaynak: haqqin.az

Diğer Haberler