Prezident daha bir Fərman imzaladı
Prezident İlham Əliyev "Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb Publika.az xəbər verir ki, fərmanla Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı onların daşınması üçün çəkilmiş xərc

Prezident İlham Əliyev "Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb Publika.az xəbər verir ki, fərmanla Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı onların daşınması üçün çəkilmiş xərclərə görə həmin malların növündən, gömrük dəyərindən, ixrac edildiyi ölkədən və nəqliyyat növündən asılı olaraq, dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği (bundan sonra – ixrac daşıma dəstəyi) ödəniləcək Bundan başqa, Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş xərclərə görə dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği (bundan sonra – daxili daşıma dəstəyi) ödəniləcək İxrac daşıma dəstəyi məbləği aşağıdakılar əsasında hesablanacaq: ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğin: daşıma dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələri, habelə Azərbaycan Respublikasında qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 70 %-i; daşıma Azərbaycan Respublikasında qeydiyyata alınmamış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 50 %-i; istifadə olunan nəqliyyat növündən asılı olaraq, ixrac edilən malın gömrük dəyərinin: daşıma avtomobil, dəmir yolu və hava nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 15 %-i; daşıma dəniz nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 5 %; ixrac daşıma dəstəyinin yekun məbləğini bu Fərmanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə uyğun olaraq hesablanmış məbləğlərdən ən az olanı təşkil edir; daxili daşıma dəstəyinin məbləği Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70 %-ni təşkil edir; ixrac və daxili daşıma dəstəklərinin məbləğləri rüb ərzində həyata keçirilən daşımalara görə müvafiq olaraq ixracatçının və satıcının (malgöndərənin) müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən ödənilir Bu quruma yeni səlahiyyət verildi - Fərman İlham Əliyev fərman imzaladı İlham Əliyev sərəncam imzaladı Portuqaliyanın Bakıda səfirliyinin açılması... - Antoniu Joze Sequru Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı İlham Əliyev sərəncam imzaladı Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır” Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var? Nərmin Əhmədovaya yüksək vəzifə verildi Əli Əsədov qərar imzaladı Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır Sabah 33 dərəcə isti olacaq Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki


