Banqladeş Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Banqladeş

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Banqladeş xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram Bu əlamətdar gün Azərbaycan xalqının əzmkarlığının, mətanətinin, milli ruhunun qürurverici ifadəsidir. Ötən illər ərzində Sizin mahir rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi tərəqqiyə nail olmaqda, beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməkdə mühüm uğurlar əldə etmişdir Banqladeş Azərbaycan ilə qarşılıqlı hörmətə əsaslanan və sülh, sabitlik və firavanlıq üçün ortaq istəklərə əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında sıx dostluq əlaqələri və əməkdaşlıq gələcək illərdə də möhkəmlənəcək və genişlənəcəkdir Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, davamlı uğurlar, dost Azərbaycan xalqına daha da sülh, tərəqqi və firavanlıq arzulayıram Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin” Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

