Özbəkistan prezidenti Daşkənddə Albaniya prezidenti ilə görüşüb
BAKI, Azərbaycan, 16 iyun. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Albaniya Prezidenti Bayram Beqac ilə görüşüb Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti iyunun 16-da yaydığı press-relizdə məlumat verib “Prezident Şavkat Mirziyoyev və Albaniya Prezidenti Bayram Beqaj Kuksaroy iq

BAKI, Azərbaycan, 16 iyun. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Albaniya Prezidenti Bayram Beqac ilə görüşüb Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti iyunun 16-da yaydığı press-relizdə məlumat verib “Prezident Şavkat Mirziyoyev və Albaniya Prezidenti Bayram Beqaj Kuksaroy iqamətgahında rəsmi nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar”, - məlumatda deyilir Mirziyoyev qeyd edib ki, Özbəkistan-Alban əməkdaşlığı tarixində ilk dəfə keçirilən sammit ikitərəfli münasibətlərdə mühüm mərhələdir və əlaqələri yeni səviyyəyə qaldırır Mətbuat xidmətinin məlumatına görə, görüşdə ticarət, investisiya və iqtisadiyyatın prioritet sektorlarında praktiki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub Press-relizdə deyilir ki, aqrar sənaye, yaşıl enerji, geologiya, informasiya texnologiyaları, rəqəmsallaşma və turizm sahələrində əməkdaşlığın inkişafına, habelə hökumətlərarası dialoqun gücləndirilməsinə xüsusi diqqət yetirilib Məlumata görə, tərəflər həmçinin Özbəkistanın Cənubi Avropa və Aralıq dənizi regionuna ixracını asanlaşdırmaq üçün Albaniyanın Durres limanının logistika mərkəzi kimi istifadəsini araşdırmaq barədə razılığa gəliblər Tərəflər, həmçinin Hökumətlərarası Komissiyanın yaradılmasını müzakirə ediblər və onun bu il ilk iclasının Daşkənddə keçirilməsi barədə razılığa gəliblər, mətbuat xidməti yekunlaşdırıb Məlumat üçün bildirək ki, Özbəkistan və Albaniya 1993-cü ildə diplomatik əlaqələr qurub, lakin ölkələr arasında əməkdaşlıq tarixən məhdud olaraq qalıb, əsasən çoxtərəfli platformalar çərçivəsində təmaslardan ibarət olub. Son illərdə ikitərəfli dialoq xüsusilə BMT Baş Assambleyası və beynəlxalq investisiya forumları çərçivəsində yüksək səviyyəli görüşlər vasitəsilə daha fəallaşıb


