Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
BAKI, Azərbaycan, 5 iyun. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib İcazə verin, Şimali Makedoniya vətəndaşları adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Milli Günü münasibətilə

BAKI, Azərbaycan, 5 iyun. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib İcazə verin, Şimali Makedoniya vətəndaşları adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Milli Günü münasibətilə səmimi təbriklərimi, ölkənizə xoşbəxtlik və firavanlıq, onun vətəndaşlarının rifahı üçün ən səmimi arzularımı çatdırım Əmin olduğumu bildirmək istərdim ki, qarşıdakı dövrdə biz siyasi və iqtisadi sahələrdə əlaqələrimizin daha da möhkəmləndirilməsinə, o cümlədən təhsil, mədəniyyət, turizm və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş birgə təşəbbüslər vasitəsilə ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyik Dünyanın üzləşdiyi geosiyasi çağırışlar dövründə mən qəti şəkildə inanıram ki, biz beynəlxalq təşkilatlarda iştirak etməklə qlobal sülh və sabitliyə birgə töhfə verəcəyik Bu inamla və ölkəmə qarşılıqlı səfəriniz ərəfəsində, Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin”, - məktubda deyilir
Diğer Haberler

XİN: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır

Nazir: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir
