Monqolustan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
BAKI, Azərbaycan, 5 iyun. Monqolustan Prezidenti Xurelsux Uxnaa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb Azərbaycan Respublikasının Milli Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından ən səmimi salamlarımı çatdırmaq istəyirəm Məm

BAKI, Azərbaycan, 5 iyun. Monqolustan Prezidenti Xurelsux Uxnaa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb Azərbaycan Respublikasının Milli Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından ən səmimi salamlarımı çatdırmaq istəyirəm Məmnuniyyətlə qeyd etmək istərdim ki, Monqolustan ilə Azərbaycan arasında qarşılıqlı hörmətə və ümumi tarixi-mədəni dəyərlərə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq bizim birgə səylərimizlə genişlənməkdə davam edir Cənab Prezident, əlaqələrimizin əsaslı iqtisadi əməkdaşlıqla daha da zənginləşdirilməsi, müvafiq uzunmüddətli inkişaf siyasətimizdə müəyyən edilmiş prioritet istiqamətlər çərçivəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də universal davamlı inkişafın təşviqində beynəlxalq ictimaiyyətin səylərinə birgə töhfələr vermək üçün Sizinlə davamlı işləməyə sadiqəm Cənab Prezident, Sizə və sevimli ailənizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına isə davamlı firavanlıq arzulayıram”, - məktubda deyilir
Diğer Haberler

XİN: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır

Nazir: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir
