Tenqri
Ana Səhifə
Dünya

Qazaxıstan prezidenti Yaxın Şərqdə atəşkəs razılaşmasını alqışlayıb

ASTANA, Qazaxıstan, 8 aprel. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Pakistanın baş naziri Şehbaz Şərif və ordu qərargah rəisi feldmarşal Asim Munirinin vasitəçiliyi ilə Yaxın Şərqdə tam atəşkəs və atəşkəs haqqında razılaşmanı alqışlayıb, Trend Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatı

0 baxıştrend.az
Qazaxıstan prezidenti Yaxın Şərqdə atəşkəs razılaşmasını alqışlayıb
Paylaş:

ASTANA, Qazaxıstan, 8 aprel. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Pakistanın baş naziri Şehbaz Şərif və ordu qərargah rəisi feldmarşal Asim Munirinin vasitəçiliyi ilə Yaxın Şərqdə tam atəşkəs və atəşkəs haqqında razılaşmanı alqışlayıb, Trend Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir Tokayev əldə olunan razılaşmanın uzunmüddətli olacağına ümid etdiyini bildirib və bunun qlobal ticarətin inkişafı və bütün ölkələrin iqtisadi rifahı üçün əhəmiyyətini vurğulayıb Aprelin 8-də Pakistanın baş naziri Şehbaz Şərif İran və ABŞ arasında atəşkəs sazişi imzalandığını elan edib "Mən elan etməkdən məmnunam ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları öz müttəfiqləri ilə birlikdə Livan və başqa yerlər də daxil olmaqla, hər yerdə dərhal atəşkəs barədə razılığa gəliblər", - o, X səhifəsində yazıb Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, iri şəhərlərə, o cümlədən Tehrana zərbələr endirib. Ağ Ev hücumlara əsas kimi İslam Respublikasından gələn raket və nüvə təhlükələrini göstərib. Zərbələr zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei və bir neçə digər yüksək vəzifəli məmurun həlak olduğu bildirilir. Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib və ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik raketlər, qanadlı raketlər və dronlardan istifadə edərək hədəfə alıb Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri əhəmiyyətli dərəcədə artıb. İran Hörmüz boğazına tam nəzarət edir və yalnız lazım bildiyi gəmilərə keçidə icazə verir

Kaynak: trend.az

Diğer Haberler

President of Kazakhstan welcomes Middle East ceasefire deal | Tenqri