Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb
BAKI, Azərbaycan, 27 aprel. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafosa təbrik məktubu göndərib Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan

BAKI, Azərbaycan, 27 aprel. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafosa təbrik məktubu göndərib Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram İnanıram ki, Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Cənubi Afrika xalqına davamlı sülh və firavanlıq arzulayıram”, - məktubda deyilir

