Tenqri
Ana Səhifə
Siyasət

Prezident İlham Əliyev Roma Papası XIV Leoya təbrik məktubu ünvanlayıb

BAKI, Azərbaycan, 8 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası XIV Leoya təbrik məktubu göndərib Roma Papası seçilməyinin ildönümü münasibətilə Sizi və Sizin vasitənizlə bütün dindaşlarınızı şəxsən və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm Azərbaycan ilə Müqəddəs

0 baxıştrend.az
Prezident İlham Əliyev Roma Papası XIV Leoya təbrik məktubu ünvanlayıb
Paylaş:

BAKI, Azərbaycan, 8 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası XIV Leoya təbrik məktubu göndərib Roma Papası seçilməyinin ildönümü münasibətilə Sizi və Sizin vasitənizlə bütün dindaşlarınızı şəxsən və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etməsi və günü-gündən yeni mahiyyət qazanması böyük məmnunluq doğurur. Bu əlaqələr dünya miqyasında dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqi, həmçinin sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoş niyyətli məqsədlərə xidmət edir Dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur, bütün konfessiyalar üçün bərabər şərait yaradılır. Biz fəxr edirik ki, Azərbaycan müxtəlif dinlərə və dinlərə mənsub insanların mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı bir məkandır. Bakıda yeni katolik kilsəsinin təməlinin qoyulması ölkəmizdə dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrinin daha bir bariz nümunəsidir Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında uzun illər ərzində qurulmuş səmərəli əməkdaşlığı xüsusi vurğulamaq istərdim. Fondun dəstəyi ilə Vatikanda aparılan bərpa işləri mədəniyyətlərarası dialoqa, dini-mədəni irsin qorunmasına töhfə verməklə yanaşı, həm də Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyinin təzahürüdür Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmimi dialoqun və əməkdaşlığın inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndirirəm. Əminəm ki, ikitərəfli münasibətlərimiz ümumbəşəri dəyərlərin və sivilizasiyalararası anlaşmanın təşviqi naminə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali və müqəddəs missiyanızda davamlı uğurlar arzulayıram”, - məktubda deyilir

Kaynak: trend.az

Diğer Haberler