Tenqri
Ana Səhifə
Siyasət

Prezident İlham Əliyev Qazaxıstanın xalq yazıçısına təbrik məktubu ünvanlayıb

BAKI, Azərbaycan, 17 may. Prezident İlham Əliyev Qazaxıstanın xalq yazıçısı Oljas Süleymenova təbrik məktubu göndərib “Hörmətli Oljas Süleymenov Sizi, çağdaş ədəbi fikrin görkəmli nümayəndəsi, tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı

0 baxıştrend.az
Prezident İlham Əliyev Qazaxıstanın xalq yazıçısına təbrik məktubu ünvanlayıb
Paylaş:

BAKI, Azərbaycan, 17 may. Prezident İlham Əliyev Qazaxıstanın xalq yazıçısı Oljas Süleymenova təbrik məktubu göndərib “Hörmətli Oljas Süleymenov Sizi, çağdaş ədəbi fikrin görkəmli nümayəndəsi, tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram Siz böyük şair, esseist, ədəbiyyatşünas və tədqiqatçı kimi fitri sənət dühasına malik türk dünyasının ikonik simalarından biri kimi dayanırsınız. Əsərlərinizə sirayət edən yüksək vətəndaş idealları ənənələrə sadiqliyi və dərin milli xarakteri ilə seçilən yaradıcılığınıza geniş oxucu auditoriyası tərəfindən həmişə dərin heyranlıq doğurub. Qlobal, planetar təfəkkürün məhz milli dəyərlər əsasında formalaşdığına inam əsasında yaratdığınız hər bir yeni əsər əlamətdar mədəni hadisəyə çevrilmişdir. Parlaq bir ədəbiyyat xadimi kimi zəngin ömür yolunuz Vətəninizə, xalqınıza fədakar xidmətin nümunəvi nümunəsidir 1980-ci illərdən başlayaraq ictimai-siyasi arenada dinamik fəallığınızı həmişə böyük məmnunluqla xatırlayırıq. Hər addımda Azərbaycanın haqq işini ürəkdən dəstəkləməyiniz, Qələbəmizi bütün türk dünyasının tarixi nailiyyəti kimi dəyərləndirməyiniz bizə böyük mənəvi güc verir Türk xalqları arasında həmrəyliyin möhkəmlənməsinə, qarşılıqlı humanitar əlaqələrin genişlənməsinə verdiyiniz töhfələr danılmazdır. Ölkəmizlə davamlı münasibətləriniz bizim üçün əsl dostluq və qardaşlıq meyarıdır Əminəm ki, yaratdığınız irs gələcək nəsillərin ortaq keçmişimizə və ümumi mədəni-mənəvi irsimizə ehtiram ruhunda yetişdirilməsində bundan sonra da xüsusi əhəmiyyət kəsb edəcəkdir”, - məktubda deyilir

Kaynak: trend.az

Diğer Haberler