Tenqri
Ana Səhifə
Siyasət

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın baş katibini qəbul edib (FOTO/VİDEO)

BAKI, Azərbaycan, 5 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın (PAİ) baş katibi Martin Çunqonqu qəbul edib Söhbət zamanı tərəflər əvvəlki görüşlərini məmnuniyyətlə xatırladılar Parlamentlərarası İttifaqın baş katibi Azərbaycan və Ermənistan aras

0 baxıştrend.az
Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın baş katibini qəbul edib (FOTO/VİDEO)
Paylaş:

BAKI, Azərbaycan, 5 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın (PAİ) baş katibi Martin Çunqonqu qəbul edib Söhbət zamanı tərəflər əvvəlki görüşlərini məmnuniyyətlə xatırladılar Parlamentlərarası İttifaqın baş katibi Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləyişində əldə olunan nailiyyətlər, eləcə də ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirdi Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunan irəliləyişləri qeyd etdi və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin artıq başladığını bildirdi. Prezident əlavə edib ki, Azərbaycan birtərəfli qaydada Ermənistana tranzit yüklərə qoyulan məhdudiyyətləri aradan qaldırıb Azərbaycan Prezidentinin Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə iştirakı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi hadisə kimi qiymətləndirilib Dövlət başçısı Azərbaycan və Ermənistan arasında parlament dialoqunun asanlaşdırılmasında, o cümlədən Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında sülh prosesinin müzakirəsi üçün müntəzəm görüşlər üçün şərait yaradılmasında Parlamentlərarası İttifaqın rolunu yüksək qiymətləndirib Söhbət zamanı Azərbaycan ilə Parlamentlərarası İttifaqın uğurlu əməkdaşlığı yüksək qiymətləndirilib Azərbaycanın BMİ-nin fəaliyyətində fəal iştirak etdiyini qeyd edən baş katib ölkənin parlamentlərarası dialoqa verdiyi töhfəni xüsusi qeyd edib Görüşdə həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, Azərbaycanın üzləşdiyi mina problemi və minaların mülki əhaliyə yaratdığı maneələr və yenidənqurma prosesi diqqətə çatdırılıb. Görüşdə, həmçinin əməkdaşlığın hazırkı vəziyyəti, əlaqələrin perspektivləri, parlamentlərarası dialoqun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Kaynak: trend.az

Diğer Haberler