Prezident İlham Əliyev Türkiyə Ali Apellyasiya Məhkəməsinin baş prokurorunu qəbul edib (FOTO/VİDEO)
BAKI, Azərbaycan, 7 aprel. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Respublikası Ali Apellyasiya Məhkəməsinin baş prokuroru Muhsin Şentürkü qəbul edib Baş prokuror qəbula görə minnətdarlığını bildirib, dövlətimizin başçısı ilə görüşməkdən şərəf duyduğunu bildirib Mu

BAKI, Azərbaycan, 7 aprel. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Respublikası Ali Apellyasiya Məhkəməsinin baş prokuroru Muhsin Şentürkü qəbul edib Baş prokuror qəbula görə minnətdarlığını bildirib, dövlətimizin başçısı ilə görüşməkdən şərəf duyduğunu bildirib Muhsin Şentürk Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb Prezident İlham Əliyev onun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Prezident Ərdoğana çatdırılmasını xahiş edib Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Onlar qeyd ediblər ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki ölkə yoxdur Görüşdə iki ölkənin prokurorluq orqanları arasında uğurlu əməkdaşlıq əlaqələri vurğulanıb. Bu kontekstdə tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığı müzakirə ediblər və təcrübə mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar Görüşdə gələcək əməkdaşlıq perspektivləri barədə də fikir mübadiləsi aparılıb

