Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO)
BAKI, Azərbaycan, 6 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankının (İİB) Qrupunun sədri Məhəmməd Əl Casserin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Söhbət zamanı tərəflər ötən görüşləri məmnuniyyətlə xatırlayaraq, Məhəmməd Əl Casserin Azərbaycana s

BAKI, Azərbaycan, 6 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankının (İİB) Qrupunun sədri Məhəmməd Əl Casserin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Söhbət zamanı tərəflər ötən görüşləri məmnuniyyətlə xatırlayaraq, Məhəmməd Əl Casserin Azərbaycana səfərlərinin tərəfdaşlığın genişlənməsinə töhfə verdiyini qeyd ediblər Azərbaycan ilə İslam İnkişaf Bankı arasında uzunmüddətli və səmərəli əməkdaşlığın qurulduğu vurğulandı Bildirilib ki, Bank Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən enerji, yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur, sosial sahələr üzrə bir sıra layihələr həyata keçirib. Bu xüsusda Bankın 20-yə yaxın dövlət və özəl layihələrin həyata keçirilməsinə 1,2 milyard dollardan çox vəsait ayırdığı vurğulanıb İclasda Bankın bu ilin iyun ayında Bakıda keçirilməsi planlaşdırılan İllik Yığıncaqlarına hazırlıqla bağlı müzakirələr aparılıb Məhəmməd Əl Casser Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini qeyd edib Söhbət zamanı Azərbaycan ilə Bank arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Diğer Haberler

Türkiyə Böyük Millət Məclisində “Dersim” və “soyqırım” müzakirəsi; “Qazi Parlamentinin damı altında heç kim Türkiyə Cümhuriyyətini və Türk millətini soyqırımda ittiham edə bilməz” | T24

“Sərvət sülhü”nü və yeni vergi güzəştlərini tənzimləyən təklif komissiyadan keçdi | T24
