Tenqri
Ana Səhifə
Siyasət

Prezident İlham Əliyev Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədrini qəbul edib (FOTO/VİDEO)

BAKI, Azərbaycan, 19 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Milli Məclisi Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu qəbul edib Dövlətimizin başçısı Belarusun Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü Sessiyasında yüksək səviyyəli nümayəndə hey

0 baxıştrend.az
Prezident İlham Əliyev Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədrini qəbul edib (FOTO/VİDEO)
Paylaş:

BAKI, Azərbaycan, 19 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Milli Məclisi Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu qəbul edib Dövlətimizin başçısı Belarusun Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü Sessiyasında yüksək səviyyəli nümayəndə heyəti ilə iştirakını qeyd etdi Prezident İlham Əliyev sıx dostluğa əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişafından məmnunluğunu bildirdi, bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Bu kontekstdə dövlət başçısı parlamentlərarası əməkdaşlığın vacibliyini qeyd edib. İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan dövlətimizin başçısı birgə layihələrin uğurla həyata keçirilməsini yüksək qiymətləndirdi Qəbul üçün minnətdarlığını bildirən İqor Sergeyenko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı Prezident İlham Əliyev onun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Aleksandr Lukaşenkoya çatdırılmasını xahiş etdi Sədr Azərbaycan və Belarus liderləri arasında şəxsi münasibətlərin iki ölkənin hakimiyyət orqanları arasında əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb İqor Sergeyenko Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyasının açılış mərasimində iştirak etdiyini qeyd edib və tədbirdə şəhərsalmanın əsas istiqamətləri üzrə mühüm müzakirələrin aparıldığını vurğulayıb. O, WUF13-ün mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə zəngin təcrübəyə malik Azərbaycanda da yüksək səviyyədə təşkil olunduğunu bildirib Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin perspektivləri müzakirə edilib, hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Kaynak: trend.az

Diğer Haberler