Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb (FOTO/VİDEO)
BAKI, Azərbaycan, 19 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Mavrikiy Respublikasının Prezidenti Dharamber Qokhool ilə görüşüb Dövlətimizin başçısı WUF13-də iştirakına görə Mavriki Prezidentinə minnətdarlığını bildirdi, onun səfərinin ikitərəfli münasibətlərin inkişafı

BAKI, Azərbaycan, 19 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Mavrikiy Respublikasının Prezidenti Dharamber Qokhool ilə görüşüb Dövlətimizin başçısı WUF13-də iştirakına görə Mavriki Prezidentinə minnətdarlığını bildirdi, onun səfərinin ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparmaq üçün gözəl imkan yaratdığını bildirdi Prezident İlham Əliyev iki ölkə arasında siyasi əlaqələrin hazırkı səviyyəsini yüksək qiymətləndirdi Mavriki Prezidenti tədbirə dəvətə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. O, həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərinin müzakirəsi baxımından səfərin əhəmiyyətini vurğulayıb Bakıda olduğu müddətdə “ASAN Xidmət” mərkəzinə baş çəkdiyini deyən Mavriki Prezidenti buradakı obyektlərin onda güclü təəssürat yaratdığını bildirmiş, ölkəsinin də analoji modelin tətbiqində maraqlı olduğunu vurğulamışdır Prezident İlham Əliyev Azərbaycanın ASAN modelinin yaradılması ilə bağlı müxtəlif ölkələrlə əməkdaşlıq etdiyini qeyd edərək, bu baxımdan Azərbaycanın Mavrikiyi dəstəkləməyə və təcrübəsini bölüşməyə hazır olduğunu bildirib Mavriki Prezidenti Azərbaycanın WUF13 kimi qlobal tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğuladı O, həmçinin Mavrikidən olan tələbələrə verilən təhsil təqaüdünə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib və gələcəkdə bu təqaüdlərin artırılması imkanlarının nəzərdən keçirilməsini xahiş edib Görüşdə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunulub, tərəfdaşlığın genişləndirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların rolu vurğulanıb. İqtisadiyyat, investisiya, enerji, o cümlədən bərpa olunan enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib


