Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb (FOTO)
BAKI, Azərbaycan, 17 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Bolqarıstan Respublikasının Prezidenti İliana İotova ilə görüşüb Bolqarıstanın dövlət başçısı bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və apardığı səmər

BAKI, Azərbaycan, 17 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Bolqarıstan Respublikasının Prezidenti İliana İotova ilə görüşüb Bolqarıstanın dövlət başçısı bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və apardığı səmərəli müzakirələri məmnunluqla xatırladı Bolqarıstan Prezidenti Azərbaycanın Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasına ev sahibliyi etməsini xüsusilə dünyada davam edən müharibələr və münaqişələr fonunda mühüm hadisə kimi dəyərləndirib. O, Bolqarıstanın bu tədbirdə Bolqarıstanın 10-dan çox müxtəlif bələdiyyələrinin rəhbərləri, o cümlədən Şuşa ilə qardaşlaşmış Veliko Tırnovo şəhərinin meri ilə yanaşı, dövlət başçısı səviyyəsində yüksək səviyyədə təmsil olunduğunu vurğulayıb O, Ümumdünya Şəhər Forumunun urbanizasiya sahəsində aktual problemlərin müzakirəsi üçün mühüm qlobal platforma rolunu oynadığını qeyd edərək, tədbirin Azərbaycanda təşkili münasibətilə təbriklərini çatdırıb Azərbaycan rəhbəri təbrikə görə minnətdarlığını bildirib İliana İotova Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın strateji əhəmiyyətini vurğulayaraq, bu baxımdan “Həmrəylik halqası” layihəsinin xüsusi əhəmiyyətini qeyd edib. Mədəni-humanitar əlaqələrə toxunan Bolqarıstan rəhbəri Azərbaycanda bolqar dilinin tədrisini yüksək qiymətləndirib. O, həmçinin Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi humanitar layihələri, Veliko Tırnovo ilə Şuşa arasında qardaş şəhər münasibətlərini, burada xüsusi Şuşa parkının salınmasını qeyd edib İliana İotova Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasında Heydər Əliyev Fondunun göstərdiyi dəstəyə görə bir daha dərin minnətdarlığını bildirdi Görüşdə iki ölkə arasında məhsuldar əməkdaşlığın qarşılıqlı hörmət və etimad əsasında möhkəmlənməkdə davam etdiyi vurğulanıb. Söhbət zamanı enerji, o cümlədən elektrik enerjisi ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib Prezidentlər Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv əməkdaşlığa da toxundular Liderlər ikitərəfli gündəlikdəki digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar


