Tenqri
Ana Səhifə
Siyasət

Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO/VİDEO)

BAKI, Azərbaycan, 17 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Keniya Respublikasının Prezidenti Uilyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Azərbaycana ilk səfəri olduğunu qeyd edən Keniya Prezidenti BMT-nin Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü

0 baxıştrend.az
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO/VİDEO)
Paylaş:

BAKI, Azərbaycan, 17 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Keniya Respublikasının Prezidenti Uilyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Azərbaycana ilk səfəri olduğunu qeyd edən Keniya Prezidenti BMT-nin Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü Sessiyasına dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi William Samoei Ruto Ümumdünya Şəhər Forumunun ilk dəfə Keniyada keçirildiyini bildirərək, ölkəsinin eyni zamanda Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramına (UN-Habitat) ev sahibliyi etdiyini vurğulayaraq, ölkəsində irimiqyaslı insan məskənləri layihələrinin həyata keçirildiyini qeyd edib Prezident Uilyam Samoei Ruto ikitərəfli münasibətlərin dinamik inkişafını alqışlayaraq Prezident İlham Əliyevi Keniyaya rəsmi səfərə dəvət edib Dəvət minnətdarlıqla qəbul edilib və Prezident İlham Əliyev Keniya Prezidentini də Azərbaycana rəsmi səfərə dəvət edib Keniya Prezidenti Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləyişində göstərdiyi səylərə görə Azərbaycan liderini təbrik edib Prezident İlham Əliyev minnətdarlığını bildirərək qeyd etdi ki, Azərbaycan sülh gündəliyinin daha da möhkəmləndirilməsi və regionda davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirir Görüşdə Azərbaycan ilə Keniya arasında enerji, müdafiə sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın geniş perspektivləri vurğulanıb. Son zamanlar müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin də ikitərəfli münasibətlərin möhkəmləndirilməsində əhəmiyyəti vurğulanıb

Kaynak: trend.az

Diğer Haberler