Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə telefonla zəng edib
BAKI, Azərbaycan, 17 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib Dövlətimizin başçısı Prezident Qasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik etdi, ona möhkəm cansağlığı və fəaliyyətində dav

BAKI, Azərbaycan, 17 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib Dövlətimizin başçısı Prezident Qasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik etdi, ona möhkəm cansağlığı və fəaliyyətində davamlı uğurlar arzuladı. Prezident İlham Əliyev də qardaş Qazaxıstan xalqına davamlı firavanlıq və tərəqqi arzularını çatdırdı Prezident Qasım-Jomart Tokayev göstərilən diqqətə və səmimi təbrikə görə minnətdarlığını bildirib Telefon danışığı zamanı liderlər Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğuladılar və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardılar Dövlət başçıları, həmçinin mayın 15-də qədim Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısını məmnunluqla xatırladılar, tədbirin türk dünyası çərçivəsində həmrəyliyin və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətini vurğuladılar


