Tenqri
Ana Səhifə
Dünya

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Aviasiya Akademiyasında Beynəlxalq Tədris Mərkəzinin açılışında iştirak ediblər (FOTO/VİDEO)

BAKI, Azərbaycan, 8 aprel. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Tədris Mərkəzinin açılışında iştirak ediblər Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, rəqəmsal inkişaf və nəqli

0 baxıştrend.az
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Aviasiya Akademiyasında Beynəlxalq Tədris Mərkəzinin açılışında iştirak ediblər (FOTO/VİDEO)
Paylaş:

BAKI, Azərbaycan, 8 aprel. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Tədris Mərkəzinin açılışında iştirak ediblər Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat verdilər Məlumat verilib ki, Beynəlxalq Tədris Mərkəzi “Azərbaycan Hava Yolları” QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz fövqəladə hallarda uçuş heyətinin hazırlığı, habelə hava hərəkətini idarə edən dispetçerlərin nəzəri və praktiki hazırlığı üçün nəzərdə tutulub Yeni kompleksdə “Azəraeronaviqasiya” Hava Hərəkətinin İdarə Edilməsi İdarəsinin dispetçerləri Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq təlim keçəcəklər. Bu məqsədlə Aeronaviqasiya Tədris Mərkəzi dünyanın aparıcı aeronaviqasiya tədris mərkəzlərindən biri olan Almaniya Hava Naviqasiya Xidmətləri Akademiyasının (DFS) təlim proqramı əsasında fəaliyyət göstərəcək Obyekt Heydər Əliyev Beynəlxalq Aeroportunun 360 dərəcə panoramasını təmin edən TWR qüllə simulyatoru, həmçinin hava məkanının idarə olunması üçün radar simulyatoru kompleksi ilə təchiz edilib. Bu sistemlər dispetçerlərə real əməliyyat mühitinə yaxın şəraitdə təlim keçməyə imkan verir Mərkəz həmçinin real aeroport şəraitində işləyən müxtəlif xüsusi nəqliyyat vasitələrinin sürücülərinin bacarıqlarını təkmilləşdirməyə imkan verən müasir trenajor kompleksi ilə təchiz olunub Beynəlxalq Təlim Mərkəzində hər il təxminən 30 hava hərəkətini idarə edən dispetçer və 3000 uçuş heyəti üzvünün təlim keçməsi planlaşdırılır Bundan əlavə, fövqəladə və qəza ssenarilərində təyyarə salonunda təhlükəsizlik prosedurlarının effektiv icrasını təmin etmək üçün mərkəz Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınan “SkyArt” şirkəti tərəfindən yeni nəsil “A320/A321 NEO CEET” təyyarə simulyatoru ilə təchiz edilib. Simulyatora Boeing 787 təyyarələri üçün Qapı Təlimçiləri və real yanğın şəraitini simulyasiya edən yeni nəsil Real Yanğınsöndürmə Təlimçiləri (RFFT) avadanlığı daxildir Yeni təlim infrastrukturu regionda aviasiya sektorunda kadr hazırlığının gücləndirilməsinə, beynəlxalq standartlara uyğun təlim imkanlarının artırılmasına və bu sahədə rəqabətədavamlı milli işçi qüvvəsinin inkişafına mühüm töhfə verəcək Mərkəz müasir aviasiya tələblərinə uyğun kadr hazırlığını həyata keçirən ixtisaslaşmış təlim strukturu olaraq aviasiya mütəxəssislərinin həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının formalaşmasında mühüm rol oynayacaqdır Mərkəzin müasir texnologiyalarla təchiz edilməsi və ən son uçuş simulyatorlarının quraşdırılması mütəxəssislərə real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan verəcək ki, bu da uçuşun ümumi təhlükəsizliyinin təmin edilməsi üçün müstəsna əhəmiyyət kəsb edir

Kaynak: trend.az

Diğer Haberler