Tenqri
Ana Səhifə
Siyasət

Prezident İlham Əliyev Avropa institutları ilə münasibətlərlə bağlı aydın və konkret mövqe ifadə edir - analitik

BAKI, Azərbaycan, 5 may. Azərbaycan Prezidenti İlham Əliyev Avropa təsisatları ilə münasibətlərə dair aydın və konkret mövqe bildirib. Bu barədə Trend ə politoloq Azər Qarayev bildirib Təhlilçinin sözlərinə görə, İrəvanda keçirilən Avropa Siyasi Birliyinin Sammiti regionun gələcəyi ilə bağlı mühüm

0 baxıştrend.az
Prezident İlham Əliyev Avropa institutları ilə münasibətlərlə bağlı aydın və konkret mövqe ifadə edir - analitik
Paylaş:

BAKI, Azərbaycan, 5 may. Azərbaycan Prezidenti İlham Əliyev Avropa təsisatları ilə münasibətlərə dair aydın və konkret mövqe bildirib. Bu barədə Trend ə politoloq Azər Qarayev bildirib Təhlilçinin sözlərinə görə, İrəvanda keçirilən Avropa Siyasi Birliyinin Sammiti regionun gələcəyi ilə bağlı mühüm siyasi mesajları ilə yadda qalıb "Prezident İlham Əliyev videobağlantı vasitəsilə tədbirə qatılıb və sülh prosesi, regional əməkdaşlıq, Avropa institutları ilə əlaqələrə dair aydın və konkret mövqe nümayiş etdirib. Prezident İlham Əliyevin çıxışı təkcə mövcud vəziyyətin təsviri kimi deyil, həm də gələcək illər üçün geosiyasi istiqamətlərin konturlarını müəyyən edən mesajlar toplusu kimi diqqəti cəlb edib Prezident İlham Əliyev çıxışının əvvəlində diplomatik jest olaraq sammitə dəvətə görə minnətdarlığını bildirdi və mühüm bir məqamı vurğuladı: Azərbaycan bu platformaya rəqabət deyil, əməkdaşlıq platforması kimi baxır. Bu kontekstdə onun 2028-ci ildə Azərbaycanda keçiriləcək sammitə ev sahibliyi etməyə dəvəti xüsusi əhəmiyyət kəsb edir. Maraqlıdır ki, Ermənistanın bu təşəbbüsü dəstəkləməsi Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bakı ilə İrəvan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən simvolik addımdır. Bu, uzun illər davam edən münaqişələrdən sonra regionda yaranmış yeni reallığın diplomatik ifadəsidir Çıxışın əsas xətti Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəmi olub. Prezident İlham Əliyev vurğuladı ki, tərəflər artıq “sülh şəraitində yaşamağı öyrənirlər”. Bu ifadə formal bəyanatdan çox, münaqişədən sonrakı dövrün psixoloji və siyasi transformasiyasını əks etdirir. Vaşinqtonda imzalanan birgə bəyanat, eləcə də sülh sazişinin mətninin xarici işlər nazirləri səviyyəsində paraflanması prosesin institusional əsaslarının formalaşmasından xəbər verir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan tərəfi sülhün artıq bir fakt kimi qəbul edildiyini vurğulayır”, - deyə Qarayev qeyd edib Onun sözlərinə görə, çıxışda bu reallığın əməli nəticələri də konkret rəqəmlərlə təqdim olunub "Azərbaycanın Ermənistana qarşı qoyduğu tranzit məhdudiyyətlərinin aradan qaldırılması və bunun nəticəsində on minlərlə ton yükün daşınması regionda iqtisadi inteqrasiyanın başlanğıcı kimi qiymətləndirilə bilər. Daha diqqətçəkən addım Azərbaycanın Ermənistana neft məhsullarının ixracına başlamasıdır. Bu, təkcə iqtisadi əməkdaşlıq kimi deyil, həm də qarşılıqlı etimadın qurulmasına xidmət edən strateji jest kimi qiymətləndirilə bilər Regional əməkdaşlıq kontekstində Prezident İlham Əliyevin vurğuladığı əsas layihələrdən biri Orta Dəhliz və onun tərkib hissəsi kimi təqdim olunan Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu olub. Bu marşrutun Azərbaycanı Naxçıvanla birləşdirməsi ilə yanaşı, daha geniş geoiqtisadi məkan üçün əhəmiyyəti qeyd edilib. Əslində, bu təşəbbüs Cənubi Qafqazı qlobal ticarət və logistika zəncirinin mühüm həlqəsinə çevirə bilər. Burada həm Azərbaycan, həm də Ermənistan üçün iqtisadi dividentlər aydın görünür. Bu baxımdan sülh prosesinin təkcə siyasi deyil, həm də iqtisadi motivlər üzərində qurulduğu aydın olur Prezident İlham Əliyev çıxışında Avropa Komissiyasının sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirsə də, o, açıq şəkildə bildirdi ki, bütün Avropa qurumları eyni mövqedən çıxış etmir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) xüsusilə sərt tənqid edilib. Prezident İlham Əliyev bu qurumları ikili standartlarda ittiham edib və onların fəaliyyətinin obyektivlikdən uzaq olduğunu vurğulayıb” Ə.Qarayev qeyd edib ki, AŞPA ilə bağlı səslənən fikirlərdə diqqəti çəkən məqam Azərbaycanın uzun illərdir ki, bu təşkilatda fəal iştirak etməsi və bu yaxınlarda məhdudiyyətlərlə üzləşməsidir "Prezident İlham Əliyev bu dəyişikliyi Qarabağda separatizmə son qoyulandan sonra baş verən siyasi reaksiyalarla əlaqələndirdi. Bu yanaşma rəsmi Bakının mövqeyini açıq şəkildə ortaya qoyur: Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq hüquq normalarına uyğun addım kimi dəyərləndirilməli olduğu halda, bəzi Avropa qurumları bunu başqa prizmadan təqdim edir Eyni tənqid Avropa Parlamentinə də ünvanlanıb. Prezident İlham Əliyevin sözlərinə görə, bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, onu sabotaj edir. Çoxsaylı qətnamələr Son beş ildə qəbul edilənlər təzyiq vasitəsi kimi təqdim edilmişdir. Bu kontekstdə Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarı rəsmi Bakının sərt cavabı kimi qiymətləndirilə bilər. Həmçinin, onsuz da gərgin olan münasibətlər fonunda daha sərt addım atan Azərbaycan parlamenti Avronest Parlament Assambleyası çərçivəsində üzvlüyün dayandırılması prosedurlarına başlamaq üçün rəsmi qərar qəbul edib. Bu qərar onu göstərir ki, rəsmi Bakı Avropa institutları ilə əməkdaşlıq modelinə yenidən baxır və bundan sonra daha seçici və prinsipial yanaşma nümayiş etdirəcək. Eyni zamanda, bu addım əslində münasibətlərdə yeni mərhələnin - daha prinsipial və seçmə əməkdaşlıq modelinin başlanğıcını qeyd edə bilər Sonda prezident İlham Əliyev baş nazir Nikol Paşinyanı sammitin Ermənistanda keçirilməsi münasibətilə təbrik edib və Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha vurğulayıb. Bu, çıxışın tonunu müəyyən edən mühüm detal idi: sərt tənqidlərə baxmayaraq, ümumi mesaj konstruktiv və gələcəyə hesablanmışdı Bütövlükdə İrəvan sammitində səslənən fikirlər Cənubi Qafqazın yeni mərhələyə qədəm qoymasından xəbər verir. Bu mərhələnin əsas xüsusiyyəti qarşıdurmadan əməkdaşlığa keçiddir. Azərbaycan bu prosesdə həm təşəbbüskar, həm də əsas oyunçu kimi çıxış edir. Sülh sazişinin başa çatması, nəqliyyat və enerji layihələrinin genişləndirilməsi, eləcə də beynəlxalq platformalarda daha fəal diplomatik xəttin həyata keçirilməsi regionun gələcək inkişaf trayektoriyasını müəyyən edəcək əsas amillər kimi önə çıxır”, - deyə analitik əlavə edib

Kaynak: trend.az

Diğer Haberler