Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunu təsdiqləyib Təsdiq edilmiş qanunda Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” qanun

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunu təsdiqləyib Təsdiq edilmiş qanunda Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı dövlət başçısı tərəfindən edilən dəyişikliklər öz əksini tapıb Dəyişikliklər müəllimlərin nəzəri biliklərinin, təcrübəsinin və peşəkar uyğunluğunun qiymətləndirilməsində şəffaflığı, nəticələrin müqayisəliliyini və yüksək etibarlılığı təmin etmək məqsədi daşıyır. Təhsil işçiləri attestasiya əvəzinə, xüsusi qaydalar əsasında sertifikatlaşdırma imtahanları vasitəsilə qiymətləndiriləcək ki, bunun da təhsil şəbəkəsinin inkişafına dəstək olacağı və təhsilin ümumi keyfiyyətinin yüksəldilməsi gözlənilir Bundan əlavə, sertifikatlaşdırma prosesi fənn biliklərinin mütəmadi olaraq yenilənməsini nəzərdə tutur ki, bu da müəllimlərin davamlı peşəkar inkişafına və onların peşəkar bacarıqlarının daim təkmilləşdirilməsinə kömək edəcək Prezidentin fərmanına əsasən, Nazirlər Kabinetinə dövlət uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, habelə digər analoji dövlət təhsil müəssisələrində çalışan tərbiyəçilərin attestasiyadan keçirilməsi qaydasını üç ay müddətində təsdiq edib, bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

