Tenqri
Ana Səhifə
Siyasət

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar (FOTO)

BAKI, Azərbaycan, 9 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şükürbəyli kəndində inşa edilən fərdi yaşayış evlərində yaradılan obyektlərlə tanış olublar Dövlətimizin başçısına və birinci xanıma kənddə görülən işlər barədə məlumat verildi

0 baxıştrend.az
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 9 may. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şükürbəyli kəndində inşa edilən fərdi yaşayış evlərində yaradılan obyektlərlə tanış olublar Dövlətimizin başçısına və birinci xanıma kənddə görülən işlər barədə məlumat verildi Kəndə Şıxəliağalı və Dəcal kəndlərinin, həmçinin Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailənin) köçürülməsi nəzərdə tutulub. İlkin mərhələdə 615-i sakinlər üçün, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulmuş 635 fərdi yaşayış evi istifadəyə verilib. Evlər 2, 3, 4 və 5 otaqlı mənzillərdən ibarətdir Kənddə sakinlərin rahat yaşayış şəraitinin təmin edilməsi, sosial məsələlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bunlara hər biri 80 yerlik iki uşaq bağçası, tibb məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, yerli icra hakimiyyətləri üçün inzibati binanın tikintisi daxildir Şükürbəylidə 35/10 kV-luq elektrik yarımstansiyası tikilmiş, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə xətləri çəkilmiş, yüksəksürətli internet və İP TV xidmətləri göstərilmişdir. Bütün yollar asfaltlanıb

Kaynak: trend.az

Diğer Haberler