Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika Mükafatı” mərasiminin iştirakçılarına müraciət edib
BAKI, Azərbaycan, 26 aprel. Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika Mükafatı” mərasiminin iştirakçılarına müraciət edib Gernika-Lumo və Pforzheim şəhər şuralarına, Gernika Sülh Muzeyinə, Casa de Cultura və Gernika Gogoratuz Sülh Araşdırmaları Mərkəzinə Azərbaycan və Ermənistan arasınd

BAKI, Azərbaycan, 26 aprel. Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika Mükafatı” mərasiminin iştirakçılarına müraciət edib Gernika-Lumo və Pforzheim şəhər şuralarına, Gernika Sülh Muzeyinə, Casa de Cultura və Gernika Gogoratuz Sülh Araşdırmaları Mərkəzinə Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq və dialoqa təşviq etmək səylərimə görə məni “Sülh və Barışıq üçün Gernika Mükafatı” ilə təltif etdiklərinə görə dərin minnətdarlığımı bildirirəm Gernika faciəsinin tarixi yaddaşını əbədiləşdirmək, sülh və barışıq proseslərinə töhfə verən şəxsləri təltif etmək məqsədi daşıyan bu görkəmli mükafatı almaq böyük imtiyazdır. Bu mükafatın 26 aprel - Gernika Qurbanlarının Anım Günündə təqdim edilməsi xüsusi simvolizmə malikdir. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş bu dəhşətli cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrindən biri olaraq qalır. Hesab edirəm ki, mülki əhaliyə qarşı törədilən hər hansı cinayət humanizm və humanist prinsiplərin pozulması deməkdir. Gernikanın ağrı və kədərinə şərik oluram və onun qurbanlarının xatirəsini təntənəli şəkildə yad edirəm Gernikanın tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün böyük əhəmiyyət kəsb edir. Müharibənin ağır nəticələrinə sinə gərmiş xalqların xatirələri və təcrübələri yeni nəsillər üçün həlledici dərs olmalı, onlara daha sabit və təhlükəsiz dünyada yaşamağa imkan verməlidir Müharibənin ağır fəsadlarını yaşamış, 30 ilə yaxındır ki, münaqişə şəraitində yaşayan Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox gözəl anlayır. Bu gün Azərbaycan sülh şəraitində yaşamağı öyrənir. Müstəqilliyimizi bərpa etdikdən sonra bunu yaşamaq imkanımız olmadığı üçün bu, bizim üçün yeni və qeyri-adi hissdir 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən Zirvə görüşü Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasının və Birgə Bəyannamənin imzalanmasının şahidi oldu ki, bununla da üç onillikdən bəri davam edən münaqişəyə tam son qoyuldu və xalqlarımız arasında sülh, barışıq və tərəfdaşlıq münasibətlərinin əsası qoyuldu Hazırda Azərbaycan bu yeni reallığa və dinc şəraitdə həyata köklənir. Bu müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə artan inam bizə imkan verir ki, inkişaf gündəliyimizə daha çox vaxt və resurslar ayıraq. Eyni zamanda, biz sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və hər iki cəmiyyətimiz artıq iqtisadi, ticarət və digər sahələrdə sülhün maddi faydalarının şahidi olur. Bu gün Azərbaycan öz neft məhsullarının, o cümlədən üçüncü ölkələrdən buğda və digər malların bizim ərazimiz vasitəsilə Ermənistana ixracına şərait yaradır Davamlı sülhün bərqərar olması üçün iki ölkə arasında etimadın möhkəmləndirilməsi tədbirləri mühüm əhəmiyyət kəsb edir. Vətəndaş cəmiyyəti nümayəndələri arasında mütəmadi görüşlər dövlət səviyyəsində təşəbbüslərlə yanaşı, bu prosesə müsbət töhfə verir Azərbaycan və Ermənistan nümunəsi göstərir ki, uzun sürən münaqişələrə, iztirablara və qarşılıqlı inamsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək olduqda sülhə nail olmaq olar “Sülh və Barışıq üçün Gernika Mükafatı” təkcə keçmiş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq ictimaiyyətin ümumi rifahı və sülh işi naminə atılacaq gələcək addımlar üçün ruhlandırıcı təkan və məsuliyyətdir Bu mükafata görə minnətdarlığımı bir daha bildirirəm və hər kəsə sülh, dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində fəaliyyətlərində uğurlar arzulayıram”, - müraciətdə deyilir

