Tenqri
Ana Səhifə
Dünya

Premyer Liqanın debütantı Avropa Futbol Klubları təşkilatına üzv olub

Mövsümün sonunda I Liqada çempion olaraq Premyer Liqaya yüksələn “Şəfa” Avropa Futbol Klubları (EFC) təşkilatına üzv qəbul edilib Bakı təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı EFC tərəfindən kluba rəsmi məktub göndərilib Qeyd olunub ki, “Şəfa” artıq Avropanın müxtəlif ölkələri

0 baxışazertag.az
Premyer Liqanın debütantı Avropa Futbol Klubları təşkilatına üzv olub
Paylaş:

Mövsümün sonunda I Liqada çempion olaraq Premyer Liqaya yüksələn “Şəfa” Avropa Futbol Klubları (EFC) təşkilatına üzv qəbul edilib Bakı təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı EFC tərəfindən kluba rəsmi məktub göndərilib Qeyd olunub ki, “Şəfa” artıq Avropanın müxtəlif ölkələrini təmsil edən 800-dən çox klubun yer aldığı böyük futbol icmasının bir hissəsidir. Həmin klubları əməkdaşlıq, inkişaf və futbolun uzunmüddətli uğuru naminə birgə fəaliyyət prinsipi birləşdirir EFC-nin əsas məqsədi Avropa futbolunun ən yüksək səviyyəsində çıxış edən klubları bir araya gətirmək, onların maraqlarını təmsil etmək və dəstəkləməkdir. Eyni zamanda, klubların futbolun gələcəyinin formalaşdırılmasında söz sahibi olması üçün şərait yaradılır Məktubda “Şəfa”nın üzvlüyünün klubun Avropa futbolunun ortaq gələcəyinə sadiqliyinin göstəricisi olduğu qeyd edilib və təşkilat rəhbərliyi yeni üzvlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler