Premyer Liqada son 4 mövsümün ən böyük hesabı qeydə alınıb
Azərbaycan Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” matçında mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb Bu, təkcə cari mövsümdə deyil, son 4 çempionatda qeydə alınan

Azərbaycan Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” matçında mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb Bu, təkcə cari mövsümdə deyil, son 4 çempionatda qeydə alınan ən böyük fərqdir. Sonuncu dəfə daha fərqli qələbə 2021/2022-ci illər mövsümünə təsadüf edib. 1452 gün, təxminən 4 il əvvəl – 2022-ci aprelin 15-də “Qarabağ” “Şamaxı”nı 8 cavabsız qolla məğlub edib Qeyd edək ki, turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


