Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün sonuncu – XXXIII turu start götürüb AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Qəbələ” öz meydanında “Şamaxı”nı sınağa çəkib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaş

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün sonuncu – XXXIII turu start götürüb AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Qəbələ” öz meydanında “Şamaxı”nı sınağa çəkib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb Turnir cədvəlində Şamaxı təmsilçisi 38 xalla 8-ci, Qəbələnin eyniadlı klubu isə 27 xalla 11-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” Premyer Liqadakı yerini qorumaq üçün I Liqada 2-ci yeri tutacaq (“Səbail” və ya “Mingəçevir”) komanda ilə pley-off oyunu keçirəcək Qeyd edək ki, XXXIII tura mayın 24-də yekun vurulacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


