Litvanın baş naziri Azərbaycana səfər edib
Litvanın Baş naziri İnqa Ruqiniene aprelin 9-da Azərbaycana səfər edəcək Bu barədə “Report”a Litvanın Bakıdakı səfirliyindən məlumat verilib Diplomatik nümayəndəlik qeyd edib ki, səfər zamanı Ruqinenin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas istiqamətlərdə əməkdaşlığın inkişafı üçün b

Litvanın Baş naziri İnqa Ruqiniene aprelin 9-da Azərbaycana səfər edəcək Bu barədə “Report”a Litvanın Bakıdakı səfirliyindən məlumat verilib Diplomatik nümayəndəlik qeyd edib ki, səfər zamanı Ruqinenin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas istiqamətlərdə əməkdaşlığın inkişafı üçün bir sıra mühüm görüşlər keçiriləcək Baş nazirin səfər proqramına Şəhidlər xiyabanına əklil qoyma mərasimi, Xəzər Universitetində fotosərginin açılışı, həmçinin Azərbaycan Milli Konservatoriyasının tələbə xoru və Bülbül adına Musiqi Məktəbinin tələbələrinin iştirakı ilə konsert də daxildir “Bu səfər Litva ilə Azərbaycan arasında tərəfdaşlığın inkişafında, eləcə də insanlar arasında əlaqələrin möhkəmləndirilməsində mühüm addımdır”, - deyə diplomatik nümayəndəlikdən bildirilib


