Gürcüstanın baş naziri ilk rəsmi səfərini Qırğızıstana edəcək
Gürcüstanın baş naziri İrakli Kobaxidze iyunun 11-13-də Gürcüstan hökumətinin başçısının iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra ilk rəsmi səfəri çərçivəsində Qırğızıstana səfər edəcək. Qırğızıstan Prezidentinin Administrasiyasından verilən məlumata görə, səfər dövlət başçısı

Gürcüstanın baş naziri İrakli Kobaxidze iyunun 11-13-də Gürcüstan hökumətinin başçısının iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra ilk rəsmi səfəri çərçivəsində Qırğızıstana səfər edəcək. Qırğızıstan Prezidentinin Administrasiyasından verilən məlumata görə, səfər dövlət başçısı Sadır Japarovun dəvəti ilə baş tutacaq Bişkekdə Kobaxidze Qırğızıstan tərəfi ilə danışıqlar aparacaq. Gündəliyə ikitərəfli münasibətlərin aktual məsələləri, eləcə də Qırğızıstan və Gürcüstan üçün qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı daxildir Danışıqlardan sonra tərəflər ikitərəfli sənədlər paketini imzalamağı planlaşdırırlar. Prezident Administrasiyası aydınlaşdırıb ki, sənədlər iki ölkə arasında hüquqi bazanın və praktiki qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlib


